"Neftçi" “xərcəng xəstəliyinə” tutulub"

21.08.2017 | 5969 dəfə oxunub

“Neftçi”nin sabiq vitse-prezidenti Tahir Süleymanov Elxan Abdullayevin komandanın baş məşqçisi vəzifəsindən istefa verməsinə münasibət bildirib.

Stadium.Az xəbər verir ki, Süleymanov açıqlamasında o deyib ki, "Neftçi" artıq 3 mövsümdür idarəolunmaz hala salınıb:

“Bu illər ərzində çox məşqçi dəyişib. Hər yeni gələn klub büdcəsini alt-üst edərək təzə legionerlər gətirib, köhnələr "mənim deyil" adıyla yola salınıb. Dəyişən isə yeni antirekordlar olub, "Neftçi" autsayderə çevrilib. Hər kəs dərk etməlidi, "mənim komandam" anlayışı tarixi klubda ola bilməz. "Neftçi" kiminsə şəxsi cibindən yox, xalqın, dövlətin vəsaiti hesabına maliyyətləşir.

Hər altı aydan bir kluba gələnlər "Neftçi"ni elə çökdürüblər ki, düzgün idarəçilik olmadığına görə klub kredit borcları ödəyir. Yeni gələcək baş məşqçi də "mənim komandam deyil" adıyla vaxt istəyəcək, ən yaxşı halda rəqabətsiz çempionatda 1-2 qələbə qazanılaraq baş aldadılacaq. Uğursuz bir mövsüm də belə gedəcək”.

Süleymanovun fikrincə, "Neftçi"də çox böyük klub idarəçiliyi böhranı var: “Gəh Müşahidə Şurası, gəh prezident-üsulu idarəsi. Futbolu bilməyənlər "Neftçi"ni idarə edə bilmirlər. Özlərini qorumaq, vaxt udmaq üçün baş məşqçiləri əlcək kimi dəyişir, ictimaiyyəti aldadırlar.

Xəlclənən vəsaitə, gətirilən çoxsaylı legionerlərə, didərgin salınan yerli futbolçulara görə heç kim cavab vermir. Baş məşqçi vəzifəsi çox önəmlidir. "Neftçi"nin dərdi isə daha böyükdür. "Neftçi" “xərcəng xəstəliyinə” tutulub. Hələ ki, tam bəd şaxəliyə cevrilməyib , əməliyyat edib "xərçəng"ləri birdəfəlik "Neftçi"dən kəsib atmaq lazımdır. "Neftçi" elə bir klubdur ki, daimi çempionluq, kuboklar uğrunda yarışmalı, Avropada uğurlar qazanmalıdır”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail