İspan futbolçu "Qəbələ"dən niyə ayrılıb?

23.08.2017 | 4502 dəfə oxunub

İyunun 15-də “Qəbələ” ilə 1+1 şərti ilə müqavilə bağlayan Fransisko Xavyer Ernandes Qonzales  iki ay sonra Azərbaycanı tərk etmişdi.

Stadium.Az xəbər verir ki, Polşa təmsilçisi “Krakoviya” ilə müqavilə imzalayan 28 yaşlı ispaniyalı yarımmüdafiəçi sözləşməsinə qarşılıqlı razılıq əsasında xitam verilməsini “qırmızı-qaralar”ın Avropa Liqasının II təsnifat mərhələsində mübarizəni dayandırması və Azərbaycan Premyer Liqasındakı legioner limiti ilə bağlı olduğunu söyləyib:

“Azərbaycanda iki ay keçirdim, lakin özümü yaxşı hiss etmirdim. “Qəbələ”nin Avropa Liqasında rəqabət aparacağına ümid bəsləyirdim. Lakin macəra tez başa çatdı. Biz Avropa Liqasından kənarlaşdırıldıq. Həmçinin, Azərbaycan Premyer Liqasında legionerlərə limit tətbiq olunur. Heyətdə yalnız 6 əcnəbi ola bilər. Halbuki, heyətimizdə 11 belə futbolçu vardı. Bu isə çətin vəziyyət yaradır.  “Agentimə Polşaya qayıtmaq istədiyimi bildirdim. Krakoviyanı ölkənin ən gözəl şəhəri hesab edirəm. Komanda mövsümə uğurlu başlamasa da, yaxşı heyəti var”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail