Millimizin qapıçısı Ukrayna klubuna keçib

09.09.2017 | 5803 dəfə oxunub

Futbol üzrə Azərbaycan milli komandasının sabiq qapıçısı Andrey Popoviç Ukrayna çempionatında çıxış edən "Minay" klubuna keçib.

Stadium.Az xəbər verir ki, 25 yaşlı qapıçı əslən Ukraynanın Çop şəhərindən olsa da, 2008-ci ildən Azərbaycanda çıxış edib.

Donetskin "Metallurq" klubundan gələn qapıçı "Abşeron" (Bakı), "Sumqayıt", "Turan" və "Qəbələ" klublarının şərəfini qoruyub. O, Roman Qriqorçukun rəhbərliyi altında ölkə çempionatının bürünc mükafatçısı olub. Andrey Popoviç Azərbaycanın yeniyetmə və gənclərdən ibarət yığma komandalarının sıralarına cəlb edilib, 2011-2012-ci illərdə isə Berti Foqtsun baş məşqçisi olduğu Azərbaycan milli komandasında iki oyun (Albaniya ilə 0:1 və Sinqapurla 2:2) keçirib.

Popoviç "Minay"ın heyətində bazar günü, sentyabrın 10-da debüt edə bilər. Həmin gün Nikolay Qibalyukun komandası Ujqorodda Rovensk vilayətinin təmsilçisi olan ODEK-i (Orjev) qəbul edəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail