Azərbaycanın Britaniyadakı səfiri “Qarabağ”la görüşüb

12.09.2017 | 4016 dəfə oxunub

Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə Avropa Çempionlar Liqasının qrup mərhələsində “Çelsi” klubu ilə ilk oyununa çıxacaq “Qarabağ” futbol komandasını Londonda ziyarət edib.

Stadium.Az xəbər verir ki, "Stamford Bric"ə stadionunda keçirilən məşqdən əvvəl komandanın rəhbərliyi, məşqçilər və futbolçularla görüşən səfir, seçmə və pley-off mərhələlərindəki yüksək səviyyəli mübarizənin və nəticələrin qrup oyunlarında da nümayiş etdiriləcəyinə inamını ifadə edib:

“Fərdi idman növlərindən sonra kollektiv idman növləri də artıq ölkəmizdə sürətlə inkişaf edir. Ölkəmizdə idmanın inkişafı dövlətimizin bütün sahələrdəki inkişafının tərkib hissəsidir. Prezident İlham Əliyevin bu sahəyə göstərdiyi diqqəti bu uğurlar fonunda xüsusi qeyd etmək yerinə düşər. “Qarabağ” komandasının Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanması Azərbaycanın futbol tarixində yeni bir səhifədir və biz çox istəyirik ki, digər komandalarımızı da gələcəkdə bu səviyyəli yarışlarda dəstəkləyək. Komandanın adı bizim üçün doğmadır, əzizdir və həssasdır. Məhz buna görə də sizlərin qələbəsi bizə yalnız idman sevinci deyil, sözlə ifadə oluna bilməyən emosiyalar bəxş etdi”.

Diplomat qeyd edib ki, Avropanın əsas milli liqalarında 700-ə yaxın komandanın içərisində ilk 32-yə daxil olmuş “Qarabağ” nəinki ölkəmizdən, hətta regionumuzdan bu mərhələyə vəsiqə qazanan ilk komandadır. “Bütün xalqımız kimi, Londondakı azərbaycanlı futbolsevərlər də bu gün sizi dəstəkləmək üçün səfərbər olublar, formalarını və bayraqlarını hazırlayıblar. Əlbəttə, mən və səfirliyimizin bütün əməkdaşları da sabah stadionda sizlərlə bərabər olacağıq”, - deyə Böyük Britaniyadakı səfirimiz vurğulayıb. (AZƏRTAC)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail