QARABAĞ dərdimizdir - Elxan Məmmədov “Qarabağ”dan yazır

12.09.2017 | 5243 dəfə oxunub

QARABAĞ dərdimizdir, bu ifadə bizə qarşı ədalətsiz davranışla assosiasiya olunur, amma eyni zamanda sevinc göz yaşlarımızdır. Çempionlar Liqasının himnini stadionda canlı olaraq dinləmək hər bir azarkeşin arzusudur. Nəhayət, bu, gerçəkləşəcək. UEFA-nın Əsasnaməsinə uyğun olaraq, Çempionlar Liqasının play-off mərhələsində stadionda turnirin himni səslənməlidir. Gəlin, bu melodiyanın səsini artıraq...

Qarşımızda duran son maneəni də adlaya bilsək, Georq Fridrix Hendelin bu möhtəşəm əsərini, ən azı, ilin sonuna qədər dinləyə biləcəyik.

Ötən dəfə fikirlərimə məhz belə başlamışdım. İndi isə “Qarabağ” Azərbaycanı Çempionlar Liqasının qrup mərhələsində təmsil edir öz səyahətinə “Dumanlı Albion”dan, Londondan, “Stemford Bric”dən başlayacaq. Çempionlar Liqasının, İngiltərə çempionatının, İngiltərə kubokunun qalibinə və digər titulların sahibinə qarşı oynamaq yəqin ki, futbolçular üçün unudulmaz xatirə olacaq. Əminəm ki, bu, onların arzusu olub.

Çempionlar Liqasının qrup mərhələsinə məhz “Qarabağ”ın vəsiqə qazanmasını və bu nəticəyə nail olmaq üçün Azərbaycan futbolunun hansı yolu qət etdiyini bildiyimizdən, “İnter”ə (Bakının yox, Milanın təmsilçisinə) qarşı oyunu yaxşı xatırladığımızdan bu nəticə bizim hər birimiz üçün xüsusi əhəmiyyət kəsb edir. Mənimçün daha bir vacib məqam var. Doğrudur, bu, bir az sentimental görünə bilər, amma, hər halda, sizinlə bölüşmək istədim, hörmətli oxucular.

Ötən əsrin 90-cı illərinin sonlarında, daha dəqiqi, 1997-ci ilin qışında, Londonda təhsil aldığım dövrdə stadionda izlədiyim ilk oyunlardan biri “Çelsi” və “Mançester Yunayted” arasında qarşılaşma idi. Məhz o zaman artıq ulduz olan Devid Bekhemi və “Çelsi”nin meneceri (məşqçisi) çalışan Ruud Qulliti canlı gördüm. “Çelsi” hesabı açdı, yanılmıramsa, Zola fərqləndi (bu, onun uğurlu mövsümü idi). Qol “Stemford Bric” oxumağa başladıqdan sonra vuruldu...

Bundan sonra, belə demək mümkünsə, “Fergie Time” başladı və “Mançester Yunayted” meydan sahibinə qarşı pressinq tətbiq etdi. Cərimə meydançasına növbəti hava ötürməsindən sonra top qəribə trayektoriya ilə Devid Bekhemə doğru yönəldi. O isə topu saxlamadan, havada ikən birbaşa qapıya vurdu. Top qapı tirinin altından qapıya daxil oldu. Çox gözəl qol alındı. Həmin qolu dünən vurulmuş kimi yaxşı xatırlayıram. Yəqin ki, indiyə qədər stadionda canlı izlədiyim ən gözəl qollardan biri idi.

Heç təsəvvürümə də gəlməzdi ki, 20 ildən sonra “Stemford Bric”də Azərbaycan klubunun oyununun şahidi olacağam.

Yeri gəlmişkən, səhv etmirəmsə, “Çelsi” – “Mançester Yunayted” qarşılaşması 1:1 hesabı ilə yekunlaşmışdı. Sentyabrın 12-də keçiriləcək oyun hansı hesabla başa çatırsa-çatsın, gəlin komandamızla fəxr edək və Çempionlar Liqası məqamından zövq alaq...

Elxan MƏMMƏDOV
AFFA-nın baş katibi



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Fransa finalda - YENİLƏNİB
Son xəbərlər

17.07.2018

16.07.2018

15.07.2018

22:37  Ronaldo Turinə gəlib - FOTO

18:11  Fransa - Xorvatiya - HEYƏTLƏR

14.07.2018

17:19  Belçika - İngiltərə - HEYƏTLƏR

13.07.2018

   
  O Q H M T-f X
1. Qarabağ 27 19 5 3 36:13 62  
2. Qəbələ 27 14 7 6 43:25 49  
3. Neftçi 27 13 4 10 37-27 43  
4. Zirə 27 11 8 8 34-29 41  
5. Sumqayıt 27 11 7 9 33:31 40  
6. Keşlə 27 7 7 13 28:39 28  
7. Səbail 27 6 5 16 19-38 23  
8. Kəpəz 27 3 5 19 17-45 14  
14.02Neftçi ---Qarabağ
14.02Zirə ---Səbail
14.02Sumqayıt ---Kəpəz
13.02Keşlə 1-1Qəbələ
01.04Kəpəz -Zirə
01.04Qarabağ -Keşlə
02.04Qəbələ -Sumqayıt
02.04Neftçi -Səbail