"Qarabağ" Çempionlar Liqasında ən dəyərli 31-ci klubdur

12.09.2017 | 1466 dəfə oxunub

2017/2018 mövsümündə futbol üzrə Çempionlar Liqasının (ÇL) qrup mərhələsində mübarizə aparacaq 32 komandanın heyətindəki futbolçuların ümumi dəyəri açıqlanıb.

Stadium.Az xəbər verir ki, “Transfermarkt” məbləğin 9,3 milyard avro təşkil etdiyini yazıb.

İspaniya təmsilçisi “Real" turnirin ən dəyərlisidir. ÇL-in son qalibi 774 milyon avroluq kollektivə sahibdir. İkinci sırada digər İspaniya klubu “Barselona”dır - 706,5 milyon avro. 1,46 milyard avroluq C qrupunda Azərbaycan təmsilçisi “Qarabağ”la birgə yer alan İngiltərə çempionu “Çelsi” siyahıda üçüncüdür. London komandasına 614,4 milyon avro qiymət qoyulub.

Ağdam klubu isə 17,2 milyon avroluq heyətlə 31-ci yerdədir. Azərbaycan çempionu yalnız 13,9 milyonluq Sloveniya “Maribor”unu qabaqlayır. Kiprin APOEL komandası isə 30-cu pillədədir - 18,5 milyon avro.

Türkiyə təmsilçisi “Beşiktaş” 126,1 milyon avroluq heyətlə 21-cidir. İstanbul təmsilçisinin G qrupundakı rəqibləri Fransa “Monako”su 252,9 milyon, Almaniyanın “Leyptsiq” komandası 189 milyon, Portuqaliyanın “Portu” kollektivi isə 176,4 milyon avroluq heyətə sahibdir.

ÇL-də mübarizə aparacaq 32 komandanın futbolçuları arasında ən yüksək bazar qiyməti olan “Barcelona”nın kapitanı Lionel Messidir. Argentinalının dəyəri 120 milyon avrodur. Bu isə o deməkdir ki, 30 yaşlı hücumçu qitənin ən nüfuzlu klub turnirində çıxış edəcək 11 klubun ümumi dəyərini kölgədə qoyur.

İkinci sıradakı “Real"ın futbolçusu Kriştianu Ronaldunun qiyməti isə 100 milyon avro təşkil edir.

Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

18.01.2018

10:13  PSJ - "Dijon" 8:0 VİDEO

17.01.2018

16.01.2018

15.01.2018

   
  O Q H M T-f X
1. Qarabağ 14 12 1 1 25:6 37  
2. Qəbələ 14 10 1 3 28:14 31  
3. Zirə 14 9 3 2 23-11 24  
4. Sumqayıt 14 6 2 6 17:17 20  
5. Neftçi 14 5 1 8 17-16 16  
6. Səbail 14 4 1 9 9-21 13  
7. Keşlə 14 2 2 10 9:24 8  
8. Kəpəz 14 2 1 11 10-29 7  
26.11Zirə 2-3Qarabağ
26.11Sumqayıt 0-0Səbail
25.11Kəpəz 1-6Qəbələ
25.11Neftçi 3-1Keşlə
20.10Səbail -Keşlə
21.10Sumqayıt -Zirə
21.10Kəpəz -Neftçi
22.10Qəbələ -Qarabağ