PSJ-nin qazancı rekord vurdu

12.09.2017 | 1363 dəfə oxunub

Fransa 1-ci Liqasında mübarizə aparan PSJ-nin prezidenti Nasser Əl-Xələfi Neymar və Mbappe transferləri haqqında danışıb.

Stadium.Az xəbər verir ki, prezident İngiltərə mətbuatına açıqlamsında maliyyə “feyr-pley”i ilə bağlı bir problemin olmadığını vurğulayıb:

“Son 6 ayda klubun gəlirlərini artırmaq üçün çox çalışdıq. Biletlərdən, sponsorlardan, yayım hüququndan əldə etdiyimiz gəlir 90 milyon avrodan 500 milyon avroya yüksəlib.

Son iki ildə qazanc əldə edirik. Maliyyə “feyr-pley”i kriteriyalarını qarşılamaq üçün 1 il vaxtımız var. 2018-ci ilin iyun ayının 30-na qədər bizə vaxt verilib. Bir çox klublar təzyiq göstərir, lakin UEFA-nın təsir altında qalmayacağını düşünürəm. Bütün klublara hörmət edirik və eyni şeyi onlardan gözləyirik.

Özümüzdən çox əminik. Neymarın imza mərasimini 85 milyon insan izlədi. İlk oynadığı matçdan danışmıram, sadəcə imza mərasimini bu qədər insan izlədi. Neymar beynəlxalq bir markadır. Möhtəşəm bir oyunçudu. Mbappenin transferində böyük rəqabət var idi. Bəzi klublar daha yüksək məbləğdə pul təklif etdilər. Hər böyük klub onu istədi.  Ona layihəmiz və klubun hirsi haqqında danışdıq. Mbappe pula görə bura gəlmədi”.

Əl-Xələfi gözəl probleəmləri olduğunu açıqlayıb: “Bu mövsüm formaları çatdıra bilmirik. Satış çox oldu. Tezliklə bu problemi də həll edəcəyik”.

Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

18.01.2018

10:13  PSJ - "Dijon" 8:0 VİDEO

17.01.2018

16.01.2018

15.01.2018

   
  O Q H M T-f X
1. Qarabağ 14 12 1 1 25:6 37  
2. Qəbələ 14 10 1 3 28:14 31  
3. Zirə 14 9 3 2 23-11 24  
4. Sumqayıt 14 6 2 6 17:17 20  
5. Neftçi 14 5 1 8 17-16 16  
6. Səbail 14 4 1 9 9-21 13  
7. Keşlə 14 2 2 10 9:24 8  
8. Kəpəz 14 2 1 11 10-29 7  
26.11Zirə 2-3Qarabağ
26.11Sumqayıt 0-0Səbail
25.11Kəpəz 1-6Qəbələ
25.11Neftçi 3-1Keşlə
20.10Səbail -Keşlə
21.10Sumqayıt -Zirə
21.10Kəpəz -Neftçi
22.10Qəbələ -Qarabağ