Tarik Elyunussi: "Yalan danışdığımı etiraf edirəm" - MÜSAHİBƏ

18.09.2017 | 2490 dəfə oxunub

“Qarabağ”ın futbolçusu Tarik Elyunussi Azərbaycan Premyer Liqasının V turunda “Kəpəz” üzərində 2:0 hesablı qələbə qazandıqları görüşdən sonra jurnalistlərin suallarını cavablandırıb:

- Azərbaycan Premyer Liqasında debüt matçınızda azarkeşlərin sayı xeyli az idi. Bu, Sizi təəccübləndirmədi?

- Gözləntilərim başqa idi, lakin matça az azarkeş gəlməsi böyük problem deyil. Təbii ki, fanatları sayının az olmasına üzülürəm. Ancaq bizim işimiz oynamaq və qələbə qazanmaqdır. Daha yaxşı nəticələr olduqca, tərəfdarlar da artacaq.

- “Qarabağ”da şəxsi hədəfiniz nədir?

- Hədəfim komandaya qələbə qazanmaqda kömək etməkdir. Mən komanda oyunçusuyam. Birlikdə mübarizə aparanda mənə daha xoş gəlir. Burada uğurlu nəticələr əldə etmək istəyirəm. Əlbəttə, qol vurmaq və məhsuldar ötürmələr vermək yaxşı olardı. Lakin bu, bonusdur. “Qarabağ”la ölkə çempionluğunu qazanmaq istəyirəm. Bununla yanaşı, Çempionlar Liqasında bütün gücümü qoymağı və böyük təcrübə əldə etməyi hədəfləyirəm.

- Bu günə qədər Azərbaycan və ölkə futbolu barədə nə bilirdiniz?

- İndiyə qədər burada iki dəfə olmuşdum. Bakını çox bəyənmişəm və futbol barədə də xəbərim var. “Qarabağ” haqda da eşitmişəm. Çünki Ağdam klubu Avropa Liqasında keçmiş komandam Norveç “Rosenborq”una qarşı iki dəfə oynayıb. Düzdür, həmin matçlarda iştirak etməmişəm. Lakin məlumatlıyam. “Qarabağ” hər zaman ölkə çempionluğuna oynayır. Eyni zamanda Avropa Liqasının qrup mərhələsində də matçlarını izləmişəm. “Qarabağ” Azərbaycanın böyük klubudur. Azərbaycan mənim üçün yeni ölkədir. Burada fərqli mədəniyyət və adətlərlə qarşılaşıram. Bu da bir təcrübədir. Qazandığım təcrübə mənə gələcəkdə kömək edəcək.

- “Qarabağ”a keçdiyinizi Norveç yığmasının heyətində Azərbaycan millisinə qarşı keçirdiyiniz 2018-ci il dünya çempionatının seçmə qrup matçından sonra xəbər tutduğunuzu söyləmişdiniz. Halbuki matç ərəfəsində bu barədə məlumatsız olduğunuzu açıqlamışdınız. Həqiqətən bu cür olub?

- Bəli, həmin dövrdə “Qarabağ”la danışıq aparırdım. Düşünürdüm ki, əvvəlcədən bu barədə danışmağım oyuna köklənməyimə mane olacaq. Yalan danışdığımı etiraf edirəm. Bəzən vəziyyətdən asılı olaraq bu cür addım atmağa məcbur qalırsan. Azərbaycanla görüş bizim üçün çox vacib idi. Fikrimi dağıda bilməzdim. Ona görə başqa komanda ilə danışıq aparmağımla bağlı heç nə demədim. Həm də oyundan əvvəl hər şey yüz faiz həll olunmamışdı. Məsələ tam həllin tapsaydı, bu barədə açıqlama verəcəkdim. Matçdan sonra dəqiqləşdiyi üçün əvvəlcə başqa cür danışmalı idim.

- Yunanıstanın “Olimpiakos” kimi güclü klubundan “Qarabağ”a gəlmisiniz. Ağdam klubunu seçməyinizin səbəbi nədir?

- Açığı, “Olimpiakos”da işlərim o qədər də yaxşı getmirdi. Yay fasiləmiz qısa alınmışdı. Cəmi 10 gün istirahət edib, toplanışa bir qədər gec qoşuldum. Üstəlik, çıxış etdiyim mövqeyə bir neçə futbolçu gətirilmişdi. Gördüyüm qədərilə baş məşqçi məni əsas heyətdə düşünmürdü. Mənə daha çətin olacaqdı. Ona görə də belə bir seçim etməli oldum. Çempionlar Liqasında oynamaq şansımı qaçıra bilməzdim. Bu, mənim arzum idi. Hesab edirəm ki, bura gəlməklə səhv etməmişəm və “Qarabağ”la böyük nəticələr əldə edə bilərəm. “Qarabağ” da çox böyük klubdur. Təklif gələn kimi şansı boşa vermədim.

- Yunanıstanlı azarkeşləri çılğınlıqları ilə seçilirlər. Azərbaycanda tribunaları boş görən zaman təəccüblənmədiniz ki?

- “Qarabağ” azarkeşlərinin sona qədər dəstək vermək bacarığını bilirdim. Sosial mediada gələn mesajlardan hiss etdim ki, məni burada sevirlər. “Çelsi”yə böyük məğlubiyyətdən sonra belə dəstək vermələri alqışalayiqdir. Hamısı mənə “hesaba fikir vermə, hər şey yaxşı olacaq” deyirdilər. "Kəpəz"lə görüşə cəmi iki min azarkeş gəlsə də, onların sona qədər dəstək olmaları vacibdir. Bu, saydan önəmlidir.

- “Qarabağ”la mövsümün sonuna qədər müqaviləniz var. Uzatmağı düşünürsünüz?

- Bu barədə danışmaq hələ çox tezdir. Hələ birinci oyunuma çıxmışam.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

24.09.2018

19:56  Daha bir cüdoçumuz medalsız qaldı - Dünya çempionatı

16:04  6-cı turun oyun saatları - Premyer Liqamız

14:55  V turun oyun cədvəli - Birinci Divizion

11:15  "Arsenal"ın qələbəsi VİDEO

23.09.2018

23:00  "Milli futbolçu belə etməməlidir" - Qurban Qurbanov

21:36  "Daha yaxşı oynaya bilərik" - Nazim Suleymanov

20:02  "Qarabağ" - "Qəbələ" -HEYƏTLƏR

18:13  "Keşlə" - "Sumqayıt" - Heyətlər

13:37  "Ronaldodan asılı deyilik" - Alleqri

02:35  "Səbail" - "Sabah" - Geniş icmal VİDEO

22.09.2018

23:08  "Qovulmasam bəlkə də uduzmazdıq" - Samir Abasov

22:43  "Getdikcə daha da artırmalıyıq" - Aftandil Hacıyev

21:33  Hər iki baş məşqçi tribunaya qovuldu - "Zirə" - ""Neftçi" oyununda

20:24  "Zirə" - "Neftçi" - HEYƏTLƏR

18:25  "Səbail" - "Sabah" -HEYƏTLƏR

14:47  2 günə 10min bilet - "Qarabağ" - "Arsenal" oyunu

11:58  Sakit şəhər Lissabon - Yazı

11:47  "Qarabağ" - "Qəbələ" - 48-ci duelə doğru

21.09.2018

18:36  "Bir az vaxta ehtiyac var" - Karikari

18:34  4-cü tura yekun vuruldu - Birinci divizion

15:23  "Qarabağ"da xoşbəxtəm" - Slavçe

15:08  "Qarabağ" çox yaxşı oynadı - "Sportinq"in futbolçusu

09:56  "Qarabağ" Bakıda - Foto

09:52  "Əsas odur komandaya xeyir verəsən" - Rəşad Sadıqov

02:00  "Gerye yaxşı oyunçudu, amma Miçeli də unutmaq olmaz" - "Sportinq"in baş məşqçisi

00:53  "Qarabağ" uduzdu - Yenilənib

20.09.2018

   
  O Q H M T-f X
1. Qarabağ 3 2 1 0 4-1 7  
2. Neftçi 3 2 1 0 5-2 7  
3. Sabah 3 2 0 1 4-4 6  
4. Qəbələ 3 1 1 1 5-3 4  
5. Sumqayıt 4 1 1 2 5-5 4  
6. Səbail 3 1 0 2 2-6 3  
7. Zirə 2 0 1 1 2-4 1  
8. Keşlə 3 0 1 2 3-5 1  
26.08Keşlə 1-2Səbail
26.08Qarabağ 1-1Neftçi
25.08Zirə 0-2Sabah
25.08Qəbələ 1-1Sumqayıt
15.08Səbail -Zirə
15.08Sumqayıt -Qarabağ
16.08Sabah -Qəbələ
16.08Neftçi -Keşlə