Neymarla Kavani arasında top davası

19.09.2017 | 972 dəfə oxunub

PSJ-nin iki cənubi amerikalı hücumçusu Neymar və Edinson Kavani Fransa Liqasının 6-cı turunda "Lion"a qarşı matçda (2:0) konflikt yaşamışdı. Stadium.Az xəbər verir ki, oyun zamanı onlar əvvəlcə cərimə zərbəsi, daha sonra penalti yerinə yetirmək üstündə mübahisə etmişdilər.

"L`Equipe" nəşrinə istinadən xəbər verir ki, mübahisənin səbəbi ən sərrast futbolçu üçün nəzərdə tutlan bonus ola bilər. Kavaninin müqaviləsində xüsusi bənd var ki, uruqvaylı forvard Liqa 1-in bombardiri olacağı halda 1 milyon avro bonus qazanacaq. Neymarın da müqaviləsinə analoji bəndin salınması mümkündür. Zlatan İbrahimoviç Liqada bombardir olmasına görə 1.5 milyon avro bonus qazanırdı.

Mənbə qeyd edir ki, "Lyon"la matçdan sonra Neymar və Kavani arasındakı mübahisə paltardəyişmə otağında da davam edib. Konfliktin əlbəyaxa davaya çevrilməsinə PSJ-nin kapitanı Tiaqo Silva imkan verməyib. Bu hadisədən sonra Neymar İnstagram-da uruqvaylı hücumçunu izləməyi dayandırıb. Kavani isə açıqlamasında özünü komandanın əsas hücumçusu kimi gördüyünü, eyni zamanda "sambaçı" ilə arasında problem olmadığını bildirib.

Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

20.10.2017

02:33  “Milan” – AEK - 0:0 VİDEO

19.10.2017

13:33  MOİK - “Bazel” - 0:2 VİDEO

18.10.2017

19:15  "Qarabağ" - "Atletiko" - HEYƏTLƏR

17.10.2017

   
  O Q H M T-f X
1. Qarabağ 7 6 1 0 14:3 19  
2. Zirə 8 5 3 0 15-5 18  
3. Qəbələ 7 4 1 2 9:7 13  
4. Sumqayıt 8 3 1 4 8:11 10  
5. İnter 8 2 2 4 7:11 8  
6. Neftçi 7 2 1 4 8-6 7  
7. Səbail 6 2 0 4 4-8 6  
8. Kəpəz 8 1 1 6 5-14 4  
15.10Səbail ---Neftçi
14.10Sumqayıt 0-1Qəbələ
14.10Zirə 3-0Kəpəz
13.10İnter 0-2Qarabağ
20.10Səbail -İnter
21.10Sumqayıt -Zirə
21.10Kəpəz -Neftçi
22.10Qəbələ -Qarabağ