Obameyanq: "Artıq "Real"ı arzulamıram"

22.09.2017 | 3625 dəfə oxunub

Dortmund "Borussiya"nın hücumçusu Pyer-Emerik Obameyanq Fransanın "RMC" agentliyinə müsahibə verib. Goal.az xəbər verir ki, qabonlu forvard yayda ona gələn təkliflər və "Real"a transferinin baş tutması barədə danışıb.

"Artıq "Real"ı arzulamıram. Bu klub barədə danışmayacam. Onlara lazım deyiləm. Bu, mənim üçün problem deyil. İrəli gedəcəm, Dortmundda özümü yaxşı hiss edirəm.

"Borussiya" ilə razılaşmışdıq ki, yayda gedə bilərəm. Getmədiyim üçün təəccübləndim. Eyni zamanda qaldığıma görə xoşbəxtəm. "Milan"dan da təklif vardı. Onların layihəsi məni maraqlandırdı, amma transfer bir sıra səbəblərdən baş tutmadı.

İyunun əvvəlində PSJ prezidenti Naser əl-Xəlaifi ilə görüşdüm. Bu hadisə klubun idman direktoru postuna Antero Enrikenin gətirilməsindən öncə olmuşdu. Onun təyinatından sonra PSJ onlara lazım olmadığıma qərar verdi. Çindən gələn təkliflərə ciddi yanaşmadım. Ora getmək qeyri-peşəkar addım olardı. Onlar da rəsmi təklif göndərməkdə yubandılar".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail