Rail Məlikov: "Baş verənləri kiminsə üzərinə yıxmaq istəmirəm" - MÜSAHİBƏ

23.09.2017 | 3888 dəfə oxunub

“Sumqayıt”ın təcrübəli futbolçusu Rail Məlikov ötən gün Premyer Liqanın 6-cı turunun oyununda səfərdə "Qarabağ"a 1:4 hesabıyla uduzduqları oyundan sonra jurnalistlərin suallarını cavablandırıb:

- Fasiləyə qalib yollandığınız oyunun ikinci hissəsində nələr baş verdi?

- “Qarabağ”a qarşı oynayırdıq. Hansı ki, rəqibimiz Premyer Liqanın lideridi. Ağır olacağını bilirdik. Bu gün meydana 5 müdafiəçi ilə çıxmışıdıq. Məqsədimiz az qol buraxmaq və müdafiədən hücuma qoşulmaq idi. Birinci hissədə istəyimizi reallaşdıra bildik. Amma fasilədən sonra anlaşılmazlıq oldu. Baş verənləri kiminsə üzərinə yıxmaq istəmirəm. Kənardan hər şey görünürdü. Fakt odur ki, ikinci hissə bizim üçün uğursuz alındı.

- Hakimlər oyunun nəticəsinə nə dərəcədə təsir etdi?

- Onlar haqda danışmaq istəmirəm. Nəyin necə olduğunu hamı gördü. Uduzmuşuq, əlavə nəsə demək, söyləmək istəmirik.

- Demək olarmı, siz oyunu “İnter”lə qarşılaşmadan sonra uduzmusunuz. Çünki əksər komanda yoldaşlarınız müqavimət göstərmək haqda düşünürdü, qələbə qazanacağnıza inanmırdılar...

- Açığı, həmin müsahibələri oxumamışdım, fikirlə tanış deyiləm. Uduzmaq üçün meydana çıxmamışdıq. Hər oyuna rəqibə uyğun olaraq meydana çıxır, taktiki mübarizə aparırıq. Hazırlığımız da fərqli olur. “İnter”ə qarşı keçirdiyimizlə bu matçı eyniləşdirmək olmaz. Hər görüşün öz hazırlığı var.

- Komanda yoldaşlarınız deyirdi ki, “Qarabağ”la oyuna ən yaxşı halda müqavimət göstərməyə çıxacağıq…

- Niyə müqavimət? Biz qələbə qazanmaq üçün mübarizə apardıq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail