Maksim Medvedev: "Roma”nı udacağıq..." - MÜSAHİBƏ

23.09.2017 | 4782 dəfə oxunub

“Qarabağ”ın müdafiəçisi Maksim Medvedev “Sumqayıt”la oyundan sonra jurnalistlərin suallarını cavablandırıb:

- Sizcə, birinci hissə “Qarabağ” üçün niyə belə alındı?

- Bizim üçün gözlənilməz oldu. Onları analiz etmişdik, necə oynadıqlarını bilirdik. Amma “Sumqayıt” bu gün bir qədər fərqli taktika ilə, 5 müdafiəçi ilə meydana çıxmışdı. Bu, bizim üçün sözlənilməz oldu. Lakin təcrübəli komandayıq, oyunun gedişatında baş məşqçi necə oynayacağımızı dedi. Düzdü, qol buraxdıq, başqa şansları da oldu, amma təcrübəmiz çətin situasiyalardan çıxmağa imkan verir.

- Oyun zamanı mübahisəli anlar oldu. Əvvəlcə Pedronu yıxdılar, referi susdu, sonra sizin qapıya istiqamətlənən topun qarşısı sanki əllə kəsildi, eləcə də vurduğunuz penalti qərarı... Hakimlər briqadası oyuna hansı şəkildə təsir etdi?

- Pedronun epizodu zamanı çox uzaqda idim, toxunuşun olub-olmadığını görmədim. Digər epizod zamanı top üzümə dəydi, əlimə yox. Yan xətt hakimi epizodu yaxşı görürdü. Üstəlik qapıçılarını qova bilərdi. Çünki birinci penaltini təyin etsəydi, minimum sarı vərəqə göstərəcəkdi. Daha sonra ikinsi sarı və qırmızı vərəqə gələcəkdi. Migel heç nədən qırmızı vərəqə aldı. Hakimin ciddi səhv etdiyini demək olmazdı. Bizdə xırda faulları saxlayırlar, amma avrokuboklarda belə epizodlarda oyunu davam etdirirlər. Bizi bu cür məqamlar əsəbləşdirirdi.

- Bu gün “Roma”ya qarşı oyunun provasını etdinizmi?

- Məşq deyildi, bu, rəsmi oyun idi. İmkanımız olsaydı, bu matçı keçirməzdik, sırf “Roma” ilə duelin hazırlığını davam etdirərdik. Amma vacib qarşılaşma idi, ciddi hazırlaşmışdıq.

- Ansi Aqollinin zədələnməsi Qurban Qurbanovu bir neçə taktiki gedişləri sınaqdan keçirməyə vadar edir. Sizi hər dəfə bir mövqedə sınayır. Bu ekperimentlər nə dərəcədə özünü doğruldur?

- Bunu baş məşqçidən soruşsanız, daha yaxşı olar. Çünki o nə deyirsə, biz də onun tapşırıqlarını yerinə yetiririk. Görünür alınır ki, sınaqlar davam edir. Ötən oyunda Kuba solda mən sağda, daha sonra 3 müdafiəçi ilə oynadıq. Taktikanı dəyişəndə rəqib komandaya çətinlik yaradır. Bugünkü oyunda da bunun şahidi oldunuz.

- Amma taktikanı tez-tez dəyişəndə 6 top buraxmağınız da qaçılmaz olur…

- Bu, futboldu, hər şey olur. “Çelsi” ilə “Sumqayıt”ı bir səviyyədə tuta bilmərik, üstəlik, oyun rəqib meydanında keçirilirdi. Bizim üçün dərs oldu. Karyeramda ən ağır oyun idi.

- Dərsdən nəticə çıxarıb, “Roma”ya sürpriz hazırladığınızı demək olarmı?

- “Roma”nı udacağıq açıqlamasını verə bilmərik. Səviyyə fərqi var. Rəqibimiz İtaliya A seriyasında çıxış edir. Əlimizdən gələni edəcəyik ki. Oyunumuzu ortaya qoya bilək. Allah köməyimiz olsun. Azarkeşlərimiz də yanımızda olacaq.

- “Sumqayıt”a qarşı hücum futbolu oynadınız. Amma “Roma”ya qarşı bu cür çıxış edə bilməyəcəyiniz dəqiqdi. Bu dəyişiklik oyununuza necə təsir edəcək?

- “Roma” “Sumqayıt” deyil. Onlar yarım epizodu qola çevirirlər, “Sumqayıt” isə 5-6 real şansdan birini tora qovuşdurdu. Bugünkü oyunda səhvlər edirdik, sonra sığortalayırdıq. Ancaq “Çelsi” ilə oyunumuzdakı hər səhvimiz qolla nəticələnirdi. Ciddi hazırlaşmalı, səhvləri etməməliyik.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail