Ayxan Abbasov: "heç bir futbolçuya ixtiyar verməmişik ki, hakimlə mübahisə etsin"

23.09.2017 | 4570 dəfə oxunub

Premyer Liqanın 6-cı turunda evdə “İnter”lə heç-heçə edən (1:1) “Zirə”nin baş məşqçisi Ayxan Abbasov oyundan sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb: 

- Çətin oyun oldu. Bunu gözləyirdik. “İnter”lə oyunlarımız həmişə gərgin keçir. Bu matça yaxşı hazırlaşmışdıq. Rəqibin standart vəziyyətlərdə yaxşı oynadığını bilirdik. Buna xüsusi hazırlaşmışdıq. Lakin təəssüf ki, qolu məhz standart vəziyyətdən buraxdıq. Rəqib azlıqda qaldıqdan sonra üstünlüyü ələ aldıq. Qol da vurduq. Ancaq hesabı xeyrimizə dəyişə bilmədik. Rəqibin də bir neçə fürsəti oldu. “İnter” çempionatda ən yaxşı müdafiə olunan komandalardandı.

- Videotəkrarda qol epizodunda topun qapı xəttini keçdiyi aydın görünürdü... 

- Həmin epizodun təkrarına baxmamışam.

- Həftə ərzində bir neçə gün Belarusda olduz. Düşünmürsüz ki, bugünkü oyunda xal itkisində bunun da rolu oldu? 

- Belə düşünmürəm. Bizim komandada güclü nizam-intizam var. Mənim olmamağımın ciddi təsiri yoxdu. Cəmi 2 məşqdə olmamışam. Sadəcə, birinci pillədə qərarlaşdıqdan sonra bəzi oyunçularda özünə əminlik yaranıb. İlk hissədə meydanda istədiyim oyunu, mübarizəni görmədim. Fikrimcə, buna səbəb də məhz bəzi oyunçularda rahatlıq yaranmasıdı. Lakin ikinci hissədə oyunçularımda istədiyim əzmkarlığı gördüm. Məğlub olsaydıq belə, bu oyundan razı qalacaqdım. Elə məhz ikinci hissədəki oyuna görə futbolçularıma təşəkkür etdim.

- Nicat Qurbanova bir qədər sərt reaksiya göstərdiz. Onu cəza gözləyir?

- Hər bir klubun intizam kodeksi var. Ona uyğun addım atırıq. Düzdü, rəqib onu zədələmişdi. Lakin heç bir futbolçuya ixtiyar verməmişik ki, hakimlə mübahisə etsin.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail