Dembelenin "Barselona"yla müqavilə detalları mətbuatda yayıldı

24.09.2017 | 4409 dəfə oxunub

Yay transfer dönəmində “Barselona”nın “Borussiya”dan (Dortmund) rənglərinə bağladığı Usman Dembelenin yeni klubu ilə olan sözləşməsinin detalları mətbuata sızıb.

Stadium.Az “Football Leaks” nəşrinə istinadən xəbər verir ki, oyunçunun “kataloniyalılar”da alacağı maaş alman təmsilçisində aldığı məvacibdən 5 dəfə artıq olacaq.

Belə ki, Borussiya klubunda illik 2.4 milyon avro qazanan gənc hücumçu “Barselona”da illik 12 milyon avro maaş alacaq.

Fransız futbolçu “Barsa”nın heyətində bu mövsüm 3 kubok qazanacağı təqdirdə 3.3 milyon avro bonus əldə edəcək.

Usman Dembele “Barselona”ya 105+42 milyon avro qarşılığında transfer olmuşdu. 20 yaşlı forvard 25, 50, 75 və 100 oyunda iştirak etdikdən sonra əlavə olaraq 5 milyon avro qazanacaq. Zədəsi olan futbolçu 4 aydan sonra yaşıl meydanlara qayıdacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail