Nizami Hacıyev: "Bilinmir ki, bizə kim ağsaqqalıq edir" - MÜSAHİBƏ

24.09.2017 | 5942 dəfə oxunub

"İnter" Premyer Liqanın 6-cı turunda səfərdə "Zirə" ilə 1:1 hesablı heç-heçə etdi. Stadium.Az xəbər verir ki, matçdan sonra "İnter"in kapitanı Nizami Hacıyev jurnalistlərin suallarını cavablandırıb:

- Zədən nə yerdədi?

- Ayağım çox ağırdı. Yerə yıxılanda hiss etdim, sanki ayağım yoxdu. İndi heç nə deyə bilmərəm. Sabah tibbi yoxlanışdan keçəcəm. Ümid edirəm ki, ciddi heç nə yoxdu.

- "Neftçi"yə qarşı oynaya biləcəksən?

- Mən özüm də "Neftçi"yə qarşı oynamaq istəyirəm. Ancaq həkimin qərarından aslıdı.

- İlkin Qırtımovun qırmızı vərəqə qalmasından sonra əks-hücumlarda da oyununuz alınmadı...

- Heyətlə bağlı əziyyət çəkirik. Artıq bu, danışılası deyil. Komanda daxilində necə yorulduğumuzu özümüz bilirik. Qıraqdan asan görünə bilər. "Zirə" çempionluğa oynayır. Bu nəticə yaxşıdı. Bu nəticə ilə "Qarabağ"a kömək etdik və onlar lider qaldı.

- Bəs "İnter"ə kim kömək edəcək?

- Bizə də Allah.

- Sponsorlar da kömək etmir artıq?

- Bu barədə danışmağa çətinlik çəkirəm. Heç bilmirəm nə deyim. Həqiqətən də... Bilinmir ki, bizə kim ağsaqqalıq edir. Ancaq dərdimizi Zaur Axundovla bölüşürük. Xeyirimizi, şərimizi ona deyirik. Maddi problemlərimizi ona deyirik və kömək əli uzadır. Mən deyərdim ki, "İnter"in futbolçuları meydana Zaur Axundova görə çıxır. O kişinin sözünü yerə salmırıq. Vaxt olub ki, o da bizim sözümüzü yerə salmayıb.

- Adın "Neftçi" ilə hallanır. "İnter"də maddi,  "Neftçi"də isə oyun problemi var. Sən niyə problemlərdən qaçmırsan?

- Problemsiz heç nə yoxdu. Hər klubda daxili problem var. "Real"da da problemlər var. Hansı komandada problem yoxdu? "Neftçi" barədə danışmaq istəmirəm. 100 faizlik heç nə yoxdu. Dekabra qədər gözləyək.

- Zaur Axundov bildirdi ki, hamının mövsümün sonuna qədər müqaviləsi var..

- Zaur müəllim belə deyibsə, mən onun sözünün qabağında nəsə deyə bilmərəm.

- Tərlan Əhmədovun dəvətini yerə salarsan?

- Tərlan müəllimlə futbol da oynamışam. Bu məsələ ilə bağlı onunla bir masa arxasında əyləşməyə vaxt ayıraram. Ona böyük hörmətim var. Mən 19 yaşımda ailə həyatı qurmuşam. Bu izdivaca da Tərlan Əhmədovun köməyi dəyib. Yəni bu adam mənə bu qədər kömək edib. O, mənə böyük qardaşlıq və ağsaqqalıq edib. Eyni otaqda qalmışıq. Onun sözünü yerə sala bilmirəm. Amma mənim müqaviləm var. "İnter"in kapitanıyam və bununla fəxr edirəm. Müqaviləm bitənə qədər vəzifə borcumu yerinə yetirməliyəm.

- "İnter"i 3 dəfə tərk edib sonra geri dönmüsən. Amma ən yaxşı oyunlarını da "inter"də keçirmisən...

- Evimdəyəm də... "İnter" mənim evimdi.

- Səncə, evini tərk etməyə dəyər?

- Hələ heç nə dəqiq deyil. Planımda belə şey yoxdu.

- Millidən dəvət gözləyirsən?

- Cənab Prosineçkidən dəvət gözləyirəm. Mlliyə dəvət etsin və mən də həm Prosineçkiyə, həm də bizə inanmayan şəxslərə sübüt etmək istəyirəm ki, millidə oynaya bilirik və heç kimdən zəif deyilik. Həyatda hər şey baş verə bilər. Ola bilər ki, Prosineçki yatıb yuxuda görə bilər ki, Nizami Almaniya ilə oyunun start heyətində yer almalıdır. 

- Açıq sözlərindən heç zaman çəkinməmisən...

- Mən heç vaxt çəkinən, nədənsə qorxan biri olmamışam. Həyatda hörmətin nə olduğunu bilirik.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail