"Qarabağ" - "Roma" oyununa bütün biletlər satılıb

24.09.2017 | 8592 dəfə oxunub

Çempionlar Liqasının 2-ci turunun “Qarabağ” – “Roma” oyununa bütün biletlər satılıb. Stadium.Az xəbər verir ki, satışa çıxarılan bütün 67 min 500 biletin hamısının satıldığı bildirilib. Beləliklə, “Qarabağ” – “Roma” matçında stadion ağzınadək dolu olacaq.

Bu, Azərbaycan futbol tarixində rekord göstəricidir. İlk dəfə olaraq milli və klub səviyyəsində bir komandamızın matçına bu qədər bilet satılıb.

Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” – “Roma” oyunu sentyabrın 27-si, saat 20.00-da başlanacaq.

"Qarabağ" bilet alan azarkeşlərə müraciət etdi

Bu arada klub bilet alan azarkeşlərinə müraciət edib. Müraciətdə deyilir:

"Artıq 41 min azarkeşimiz "Roma"yla matçına olan vauçerlərini biletlərlə dəyişib. Azarkeşlərimizdən ən qısa zamanda vauçerləri biletlərlə dəyişmələri xahiş olunur.

Stadiona giriş biletlə mümkün olacaq, vauçerlə qarşılaşmaya gələn azarkeşlərimiz stadiona buraxılmayacaq.

Vauçerləri aşağıdakı satış məntəqələrindən biletlərlə dəyişə bilərsiniz:

Asan Xidmət Mərkəzləri
Heydər Əliyev Sarayının kassası
28 Mall
Gənclik Mall
Park Bulvar (Qarabağ FK Fanshop)
M.Rəsulzadə 3 (Azərb. k/t yaxınlığı)
Bül-bül prospekti, Nizami küç. (Nizami k/t yaxınlığı)
Üzeyir Hacıbəyov küç.69x (Hökümət evinin arxası)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail