Roman Qriqorçuk: "Mən həmin epizodu görmədiyim üçün şərh edə bilməyəcəm"

24.09.2017 | 3906 dəfə oxunub

Azərbaycan Premyer Liqasının VI turunda evdə “Neftçi”yə 2:1 hesabıyla qalib gələn “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk oyundan sonra təşkil edilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

Adətən mətbuat konfransına oyunla bağlı fikirlərlə başlayırıq. Bu dəfə oyunun sonundan başlayaq. Monroz və Qurbanov arasında nə baş vermişdi?

- Gəlin, peşəkarlğımızı qoruyaq və yenə ilk olaraq oyunla bağlı danışaq.

- “Qəbələ” ilk hissədə üstün olsa da, sonra üstünlüyü rəqibə verdi...

- Burda əsas psixoloji amil rol oynayır. Ancaq belə olmamalıdı. Komanda hesabda nə qədər irəlidə olsa da, üstünlüyü əldən verməməlidi.

- Komanda müdafiədə səhvlərə yol verirdi. Bu barədə nə deyə bilərsiz?

- Tamamilə razıyam. İlk hissədə hücumda yaxşı oynasaq da, müdafiədə də səhvlər edirdik. Bir çox boşluqlar verirdik. Deməzdim ki, ikinci hissə çox pis keçdi. Fasilədən sonra da bir neçə imkanımız oldu.

- “Səbail”ə qarşı keçən oyunda fasilədən sonra Asif Məmmədovu meydana buraxdız. O isə ilk toxunuşda başla qol vurdu. Bu anda siz başınızı tutduz. Bu, nə ilə bağlı idi?

- Mən sadəcə, belə erkən qol vuracağına inanmadım. Asif həmin anda bütün detalları nəzərdə aldı və topa ilk toxunuşunda qol vurdu.

- Komandada intizam cəhətdən problem var?

- Mən həmin epizodu görmədiyim üçün şərh edə bilməyəcəm. Daha sonra, orda nə baş verdiyini aydınlaşdırdıqdan sonra qərar verəcəyik. Eşitdiklərimə əsasən fikir bildirsəm, düzgün olmaz. İstənilən komandada bu cür hallar yaşana bilər. Məncə, həmin anda həddi aşdılar. İstənilən halda, məsələni araşdıracağıq və uyğun qərar verəcəyik.

- Ekiqo Ehiosunun vəziyyəti necədi? Nə vaxta tam hazır olar?

- 95 faiz deyə bilərəm ki, o, tam hazır deyil. Onu tanıyırıq, potensialına bələdik. İnanıram ki, tezliklə komandaya kömək edə biləcək. Bura gələnədək 3 aya yaxın oynamayıb. Ona vaxt lazımdı.

- Endi Hollidey əvəzlənəndə buna sərt reaksiya verdi...

- Düşünmürəm ki, etirazını sərt bildirdi. Həmin anda əvəzlənməsi lazım idi və əvəzlədim də. Hər bir oyunçu əvəzlənməsindən narazı qala bilər.

- Tərlan Əhmədov “Neftçi”yə baş məşqçi təyin ediləndə, Ruslan Qurbanov sosial şəbəkədə bu klubun formasında şəklini paylaşdı. Bu məsələyə necə baxırsız? O, qayıtmaq istəməsi ilə bağlı sizə nə isə deyib?

- Komputerdə çox işləsəm də, bu, ancaq komandamın oyununu analiz etmək üçün olur. Hansısa futbolçu getmək istəyirsə, bunun üçün əlimdən gələni edirəm. Fikrimcə, getmək istəyən futbolçunu saxlamaq düzgün deyil.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail