Ramin Musayev: "Premyer Liqada 12 komanda iştirak edəcək"

26.09.2017 | 7334 dəfə oxunub

Azərbaycan çempionatının  1-ci divizionun püşkatma mərasimi keçirilib. Stadium.Az xəbər verir ki, 2017/18 mövsümünün püşkü atılıb.

Tədbirdə PFL prezidenti Ramin Musayev jurnalistlərə növbəti mövsüm divizionla bağlı məlunatlar verib:

“Bu il 10 komanda 3 dövrədən ibarət çempionatda yarışacaq. Reqlamentə görə 1-ci dövrədəki püşkdəki qarşılaşmalar 3-cü dövrədə də təkrarlanacaq. Limitə bağlı onu deyə bilərə ki, 6 yerli, 2 legioner, 3 nəfər isə 21 yaşa kimi futbolçu çıxış edə bilər. Ötən il UEFA-dan məktublar aldıq. Bütün komandaların adı oyun-alqı satqısında hallanmışdı. Amma bu il elə olmayacaq. Hər oyuna nümayəndəmiz göndəriləcək. Danışıqların olduğu bəlli olsa, komandalar cəzalanacaq və oyunun nəticəsi ləğv ediləcək. Milli Məclisdə qərar qəbul edilib. Həmin klub rəhbərləri cinayət məsuliyyəti daşıyacaq və həbs ediləcək. Əgər bir də ölkənin adı UEFA-da oyun-alqı satqısına düşsə, 1 komandamız avrokuboklardan uzaqlaşdırıla bilər. Bu isə hamımız üçün ləkədir. Ona görə də diqqətli olun. Hüquq-mühafizə orqanları ilə danışıqlarımız olub. İlk məsuliyyəti klub rəhbəri daşıyacaq”.

Musayev “Bakılı”nın çemionatdan uzaqlaşdırılmasına da münasibər bildirib: “Bakılı” klubunun prezidenti Misir Əbilov müracət edib, divizionda iştirak etmək istəyib. Səbəb kimi ölkədə az olduğunu göstərib. Dedi ki, özüm burada olmayacağamsa, istəmirəm ki, çempionata da komanda buraxım”.

Musayev növbəti mövsüm Premyer Liqaya diviziondan 4 komandanın yüksələcəyini bildirib: "Növbəti il, elitaya 4 klub çıxacaq və Premyer Liqada 12 komanda iştirak edəcək. Nəticədən və imkanından asılı olaraq komandalar Premyer Liqada iştirak edə biləcək”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail