Çexiya mətbuatı AFFA-nın siyasətin tənqid edib

05.10.2017 | 6257 dəfə oxunub

Azərbaycan millisi bu gün DÇ – 2018-in seçmə mərhələsində Çexiyanı qəbul edəcək. Stadium.Az xəbər verir ki, oyun ərəfəsində Çexiya saytlarının birində ölkəmizdəki milliləşdirmə siyasəti ilə bağlı yazı dərc olunub.

“Dili bilmirsən? Vacib deyil. Bizim üçün futbol oynaya bilərsən. Braziliyalı indi Azərbaycana məxsusdur” sərlövhəli məqalədə milliləşdirilmiş futbolçular – Riçard Almeyda və Renat Dadaşov haqqında danışılıb.

Yazıda qeyd olunur ki, hər hansı futbolçunun dili bilməməsi, Azərbaycana bağlılığının olmaması ölkədə əhəmiyyət daşımır. O, futbol oynaya bilirsə, ölkənin yığmasına cəlb olunması problem deyil. Almeydanın Azərbaycana ilk gəlişi, “Qarabağ”la ardıcıl çempionluqlar yaşamasından sonra yığmaya cəlb olunduğunu diqqətə çatdıran çexiyalı həmkarlarımız onun son 3 matçda 90 dəqiqə əvəzlənməməsini qabardıblar. Riçardla bağlı Robert Prosineçkinin fikirlərinə də yer verilib: “İnanılmaz dərəcədə ağıllıdı. Oyunu, topu əla hiss edir. Milli komanda ilə yanaşı “Qarabağ”ın da düşünən beynidir”.

Məqalənin Almeyda ilə bağlı hissəsində onun formasını geyindiyi “Qarabağ”ın Çempionlar Liqasının pley-off mərhələsində çexiyalı futbolçu Mixael Lüftnerin formasını geyindiyi Danimarka “Koebenhavn”ini yarışdan kənarlaşdıraraq, ölkə futbolu tarixində ilk dəfə qrupa vəsiqə qazandığı qeyd olunub. 

Yazının ikinci hissəsində isə Renat Dadaşovun Almaniyanı Azərbaycana dəyişməsindən bəs edilib. Çexiyalı jurnalistlər onun Almaniyanın aşağı yaş komandalarından sonra birdən öz qərarını dəyişib vaxtilə böyük qardaşı (Rüfət Dadaşov – red.)  kimi Azərbaycan yığmasını seçdiyini qeyd ediblər. Renatın açıqlamasına da yer verilən məqalədə “Bild” qəzetinə istinadla bu keçidin vətənpərvərlikdən artıq maliyyə məsələsiylə əlaqədar olduğu vurğulanıb. Bildirilib ki, Azərbaycan tərəfi Dadaşovu təxminən 1 milyon avroya fikrini dəyişməyə sövq edə bilib. Bu, onun bir vaxtlar “Eintracht”ı onqat maaşa “Leipsig”ə dəyişməsiylə əlaqələndirilib. Bununla belə çexiyalı həmkarlarımız Renat kimi futbolçuların hesabına Azərbaycanda futbolun inkişaf edə biləcəyini qeyd ediblər.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail