"Nə qədər ki, mən burdayam, o, milliyə dəvət edilməyəcək"

05.10.2017 | 6030 dəfə oxunub

Millimizin baş məşqçisi Robert Prosineçki DÇ-2018-in seçmə mərhələsində Çexiyaya 1:2 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Qarşılaşmadan qabaq da demişdim ki, bizi çətin oyun gözləyir. Bu gün bunun bir daha şahidi olduq. Qol buraxdıqdan sonra özümüzə gəlib hesabı bərabərləşdirə bildik. Lakin təəssüf ki, rəqib 2-ci qolu vura bildi. Şeydayevin yaxşı imkan olsa da, dəyərləndirə bilmədi. Bu görüşdə uduzmaya bilərdik. Komandamın oyunundan razı qaldım.

- Almaniya ilə matçdan sonra Bakıya qayıdacaqsınız, yoxsa bu sizin Azərbaycanda son mətbuat konfransınızdır?

- Bəli, Almaniya ilə qarşılaşmadan sonra Bakıya qayıdacam. Çünki mənim AFFA ilə müqaviləm var. Buna görə, qayıdıb, danışıqlar aparacağıq. Bundan sonra millidəki gələcək taleyimə aydınlıq gələcək.

- Millidə qalsanız, hansı dəyişiklikləri edəcəksiniz?

- Futbolda səhvlər olur, bu gün də səhvlərə yol verdik. Əsasən, standart vəziyyətlərdə çox səhv edirik. Mən qalsam da, qalmasam da bəzi dəyişikliklər olmalıdır. Rəşad karyerasını bitirib. Onun mövqeyinə oyunçu cəlb edilməlidir. Bundan başqa, gənc oyunçulara ehtiyac var. Yəqin razılaşarsınız ki, mən gəldikdən sonra millinin oyununda irəliləyiş var. Daha baxımlı oyun sərgiləyirik. Bu gün də gənc oyunçulardan Mahir Mədətova şans verdim. Bəlkə də, əsas heyətdə ona şans vermədiyim üçün incimişdi. Bu gün özünü yaxşı tərəfdən göstərə bilmədi.

- “Bursaspor”un əsas üzvlərindən biri Dəniz Yılmaza niyə dəvət göndərmirsiniz?

- Bu suala indiyə kimi cavab verməmişdim. Ancaq indi cavablandıracam. Martda Almaniya ilə oyunda Dəniz əsas heyətdə çıxmalıydı, lakin çıxmaq istəmədi. O oyunçu ki millidə oynamaq istəmir, onun millidə yeri yoxdur. Nə qədər ki, mən burdayam, o, milliyə dəvət edilməyəcək.

- Bəs imtina etməsinin səbəbi nə idi?

- Çünki onu istəmədiyi mövqedə oynadacaqdım. Siz bir jurnalist kimi cavab verin, futbolçunun ona təklif olunan mövqedə oynamağa etiraz etmək haqqı var? O, “Bursaspor”da da ikinci heyətə göndərilmişdi, indi də nadir hallarda şans qazanır.

- Bura gələn məşqçilər niyə problemin əsasən nədə olduğunu demirlər?

- Problem barədə həmişə danışmışam. Serbiyada, Xorvatiyada istedadlı futbolçular çoxdur. Bu ölkənin futbolçuları güclü ölkələrin çempionatında çıxış edirlər. Ancaq burda tam fərqlidir. Ölkə çempionatında çıxış edən Bədavi Hüseynov və Rəşad Sadıqov orada kofe içə-içə oynaya bilərlər. Problem odur ki, bizdə top-ölkə çempionatlarında oynayacaq futbolçuların olmamasıdır.

- Bəs belə olduğu halda Almaniya ilə matçda nəyə ümid edirsiniz?

- Onlarla oynamaq çətindir. Bu, təkcə bizim problem deyil. Onlara qarşı sürpriz etmək çətindir. Bədavi Hüseynov zədəlidir. Həmin oyunda şans qazanıb-qazanmayacağı bəlli deyil. Cəmi 3 gün vaxtımız var. Yaxşı mübarizə aparmağa çalışacağıq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail