Roman Qriqorçuk: "Bu barədə dəqiq nəsə demək çox çətindi" - MÜSAHİBƏ

08.10.2017 | 3940 dəfə oxunub

Ötən gün "Qəbələ" yoxlama oyununda "Neftçi"ylə üz-üzə gəlib və 2:1 hesabıyla qalib gəlib. Stadium.Az xəbər verir ki, oyundan sonra Qəbələ klubunun baş məşqçisi Roman Qriqorçuk jurnalistlərin suallarını cavablandırıb:

- Matç haqqında nə deyə bilərsiniz?

- Bizim üçün asan görüş deyildi, çox ciddi yanaşırdıq bu matça. Yaxşı hazırlıq oyunu oldu. Futbolçularım yüksək peşəkarlıq göstərdilər. Düşünürəm ki, çox xeyirli oldu bizə.

- Çempionatda ilk dövrə arxada qaldı. Komandanızın çıxışını necə dəyərləndirirsiniz? Nədən razı, nədən narazısınız?

- Məncə, hər şey necə olmalı idisə, elə də oldu. Ötən illə müqayisə eləsək, onda komandanı daha tez yığmışdıq, daha erkən birlikdə hazırlaşmışdıq. Onda bizdə böyük işlər görmək və öz sitlimizdə yaxşı oynamaq üçün şərait yaradılmışdı. Bu il isə bizdə sadəcə vaxt çatmadı. Zaman keçdikcə formamızı yığırıq və istədiyimiz futbolu oynamağa başlayacağıq. Digər tərəfdən, hadisələrin gedişatı da bizim üçün yaxşı olmadı. Demək olar ki, hər oyunda vacib bir futbolçumuzu itirdik. Ozobiç, İlqar Qurbanov bizim üçün vacib futbolçulardı və onların xidmətindən məhrum olduq. Sadəcə, bir az səbrli olmalıyıq. İşlərin yaxşı getməyən vaxtında səbr etsək və məşqləri davam etdirsək, zamanla daha yaxşı olacağına inanıram.

- Özünüz də vurğuladınız ki, komanda hələ ideal formada deyil. Bəs bunun üçün nə qədər vaxt lazımdı?

- Bu barədə dəqiq nəsə demək çox çətindi. Ancaq düşünürəm ki, tezliklə istədiyimiz səviyyəyə çatacağıq. Artıq iki dəfə belə çətinliklə üzləşmişik və vəziyyətdən tez çıxa bilmişik. Bu il isə futbolçuların, xüsusilə də legionerlərin adaptasiya prosesi uzun çəkdi. Onların bəziləri bütün yay boyunca məşq etməmişdilər. Bütün bu nüanslar sistemli işi ləngidir. İdmanın öz qanunları var, buana görə də məni heç nə təəccübləndirmir. Ürəyimdə mən də istəyirəm ki, hər şey sürətlə inkişaf eləsin, ancaq bu il bir az vaxt aparacaq.

- Stiv Monrozla Ruslan Qurbanov arasındakı insident geniş rezonans doğurdu. Vəziyyəti tamamilə nəzarət altına almaq mümkün oldumu?

- Belə şeylər hər komandada ola bilər. Bu qədər müzakirə olunmağına səbəb isə hər kəsin, kameraların önündə olmasıdır. Öz aramızda hər şeyi yoluna qoyduq. Bu barədə artıq danışmağa dəyməz.

- Futbolçuların münasibətləri tam qaydasındadı?

- Bəlkə də bir dəqiqə sonra hər şey unudulmuşdu və onlar barışmışdılar. İnanmıram ki, komanda daxilində hansısa intriqa və kin mövcud olsun. Ümumiyyətlə, bu, haqqında çox danışılacaq məsələ deyil.

- Ruslanın komandadan getmək ehtimalı varmı?

- Bu barədə yalnız sizdən eşidirəm. Heç bir rəsmi müstəvidə onun hansısa başqa komandaya keçidi müzakirə olunmayıb.

- Bəs siz Qurbanovun çıxışından razısınız?

- Düşünürəm ki, Ruslan indikindən daha yaxşı çıxış edə bilər. Ancaq bunun obyektiv səbəbləri də var. Zədə səbəbindən mövsümün əvvəlindəki məşqləri buraxdı, bir neçə oyunda meydana çıxa bilmədi. Ona bir az vaxt lazımdı. Potensialı isə əlbəttə ki, var.

- Yay transfer müddətində bir qədər gecikdiniz və bu, sizə çətinlik yaratdı. Qış üçün indidən hazırlaşırsınız? Nəzərdə tutduğunuz oyunçular var?

- Biz yayda hər şeyi düzgün elədik. Bir az geciksə də, düşünürəm ki, dəvət etdiymiz oyunçular müəyyən müddətdən sonra komandaya çox xeyir verəcəklər. Deyə bilərəm ki, artıq irəliyə doğru addımlar atılır. Zamanla bizim istədiyimiz kimi olacaqlar.

- Biz yeni oyunçular olub-olmayacağını soruşmuşduq...

- Yeni oyunçular haqqında həmişə düşünürük. Hətta əlində 22 nəfər əla futbolçu olsa da, yenə də kimisə axtarırsan. Bu, normal prosesdi. Təbii ki, bütün il boyu futbolçu axtarışındayıq. Daim yüksək yerlər uğrunda mübarizə aparan hər bir komanda bunu etməlidir.

- Qarşıda DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Xorvatiya ilə qarşılaşacaq Ukrayna millisindən nə gəzləyirsiz?

- Təbii ki, ölkəmin komandasının qələbə qazanmasını arzulayıram. Öz evində, güclü azarkeşlər önündə qalib gəlib dünya çempionatına yollanmaq əla olacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail