"Prosineçkinin ilinə 800 min avro verə bilmərik"

10.10.2017 | 5441 dəfə oxunub

Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki Sloveniya yığmasının sükanı arxasına keçə bilər. 

Stadium.Az xəbər verir ki, Sloveniya mətbuatı xorvatiyalı mütəxəssisin ildə 800 min avro əmək haqqı qarşılığında bu postu tutmağa hazır olduğunu bildirib.

Lakin Sloveniya Futbol İttifaqının (NZS) prezidenti Rade Miyatoviç bildirib ki, bu qədər məbləği ödəmək imkanında deyillər:

"Mən Prosineçkinin 800 min avro istədiyini bilmirəm. NZS-in maliyyə durumu elə də yaxşı deyil. Biz belə yüksək vəsaiti xərcləyə bilmərik".

Sloveniya millisi Sreçko Katanetslə yollarını bir neçə gün əvvəl ayırıb. Hazırda bu vəzifəyə Robert Prosineçki ilə yanaşı, İvitsa Osim, Çiro Blajeviç, Matyaj Kek, Saffet Suşiç və Marsel Koler də namizəd göstərilir. NZS-in illik əmək haqqı maksimum 300 min avro olan baş məşqçi axtarışında olduğu bildirilir.  



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail