"Özümüz barədə xoş təəssürat yaratmaq istəyirik”

11.10.2017 | 4137 dəfə oxunub

“Stemford Bridj”də “Çelsi”yə qarşı oyun zamanı diktorun stadionda adımı çəkməsini heç vaxt unutmayacağam. Etiraf edirəm ki, həmin vaxt həyəcanlandığımdan meydanda ağladım”.

Stadium.Az Haiti mətbuatına istinadən xəbər verir ki, bu sözləri “Qarabağ”ın yarımmüdafiəçisi Donald Gerye bildirib. Ölkəsinin mətbuatına danışan futbolçu qeyd edib ki,bu matçda iştirak etməklə Çempionlar Liqasında oynayan ilk haitili futbolçu olub. 
Onun sözlərinə görə, “Qarabağ” istənilən komandaya layiqli müqavimət göstərməyə qadirdir: “Əgər biz nə vaxtsa “Real” və “Barselona” ilə oynamaq istəyiriksə, onda əvvəlcə “Çelsi”ylə oynamağı bacarmalıyıq. Böyük hesabla uduzsaq da, komandada əhval-ruhiyyə yüksək səviyyədə qalmaqdadır.

Biz bütün rəqiblərimizə hörmətlə yanaşırıq. Növbəti matçlarda uğur qazanmaq üçün öz oyunumuzu sərgiləməyə çalışacağıq. Biz qrupda daha yaxşı edərək özümüz barədə xoş təəssürat yaratmaq istəyirik”.

O, millisinin Yaponiya ilə yoxlama oyununa dəvət almasına da toxunub: “Bu matç digər beynəlxalq oyunlar kimi mənim üçün önəmlidir. Çünki Haitidəki aclığa, çoxlu problemə baxmayaraq, mən ölkəmi beynəlxalq arenada təmsil edə bilirəm. Hər dəfə milli qələbə qazananda bu, həmin insanlara az da olsa sevinc bəxş edir”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail