"Dünya çempionatında tam başqa olacağıq" - Messi

11.10.2017 | 915 dəfə oxunub

Argentina millisi 2018-ci il dünya çempionatına vəsiqəni seçmə mərhələnin son oyununda təmin edib. Stadium.Az xəbər verir ki, səfərdə Ekvadorun qonağı olan "albiceleste" Messinin het-triki sayəsində 3:1 hesablı qələbə qazanıb.

Matçdan sonra fikirlərini bölüşən ulduz futbolçu bunları deyib:

"Dünya çempionatında iştirak etməmək fəlakət olardı. Tək mənə yox, bütün Argentina üçün. Biz mundiala vəsiqəni əvvəlki oyunlarda təmin etməyə layiq idik. Turnirə qatılmamaq təhlükəsi ilə üzləşmişdik.

Buna baxmayaraq komanda məqsədinə çatdı. Dünya çempionatında tam başqa olacağıq. Ekvadorla oyunda geri dönüş etməli olduq. Argentina bu səviyyədə oyun göstərməyə layiqdir. Artıq bir müddətdir bəzi futbolçuların milliyə dəvət almasına şübhə ilə yanaşırlar. Onların 3 finalda iştirak etməsini isə nəzərə almırlar".

Argentina Cənubi Amerika zonasında seçmə qrupu 28 xalla 3-cü pillədə başa vurub və dünya çempionatına birbaşa qatılacaq.

Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

18.01.2018

10:13  PSJ - "Dijon" 8:0 VİDEO

17.01.2018

16.01.2018

15.01.2018

   
  O Q H M T-f X
1. Qarabağ 14 12 1 1 25:6 37  
2. Qəbələ 14 10 1 3 28:14 31  
3. Zirə 14 9 3 2 23-11 24  
4. Sumqayıt 14 6 2 6 17:17 20  
5. Neftçi 14 5 1 8 17-16 16  
6. Səbail 14 4 1 9 9-21 13  
7. Keşlə 14 2 2 10 9:24 8  
8. Kəpəz 14 2 1 11 10-29 7  
26.11Zirə 2-3Qarabağ
26.11Sumqayıt 0-0Səbail
25.11Kəpəz 1-6Qəbələ
25.11Neftçi 3-1Keşlə
20.10Səbail -Keşlə
21.10Sumqayıt -Zirə
21.10Kəpəz -Neftçi
22.10Qəbələ -Qarabağ