"Neftçi" Mahir Şükürovu qovub

12.10.2017 | 5564 dəfə oxunub

Futbolçu karyerasını bitirdikdən sonra məşqçiliyə başlayan Mahir Şükürov “Neftçi”dən uzaqlaşdırılıb.

Stadium.Az “Futbol+” qəzetinə istinadən xəbər verir ki, buna keçmiş müdafiəçinin işinə soyuq yanaşması səbəb olub.
 
Belə ki, Mahir uzun illər yığmada oynadığına görə avtomatik C kateqoriyasına yiyələnsə də, “Neftçi”nin U-14 komandasında çalışması üçün B kateqoriyası lazım gəlib. Klubdan Şükürova kurslara qatılmaq və B kateqoriyasına yiyələnmək məsləhət görülüb. Lakin sabiq futbolçu bu məsləhəti qulaqardına vurub. Hər zaman diqqət mərkəzində olmağa alışmış Şükürov uşaqlarla çalışmaqdan zövq almayıb və beləcə məşqlərə, oyunlara gəlməyi tərgidib.
 
Şükürovun işinə soyuq münasibəti rəhbərliyin qulağına çatıb. Tərəflər görüşüb, söhbət ediblər və yekunda Mahirin təkcə U-14-dən yox, ümumiyyətlə, “Neftçi”dən ayrılması qərara alınıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail