Qurban Qurbanov: "İstəmədim ki, meydanda olsun"

14.10.2017 | 4469 dəfə oxunub

Azərbaycan Premyer Liqasının 8-ci turunun "İnter" - "Qarabağ" matçından (0:2) sonra keçirlən mətbuat konfransında ağdamlıların baş məşqçisi Qurban Qurbanov oyunla bağlı fikirlərini bildirib: 

- Həmişə olduği kimi yenə də "İnter"ə qarşı oyunumuz çətin alındı. Şükürlər olsun ki, səbr etdik və qələbə qazanan tərəf olduq. Rəqibin futbolçuları bir-birini çox yaxşı anlayır. Bunun üçün bizə çətin oldu. Miçel 3 gün əvvəl məşq zamanı əzələsini dartmışdı. "Atletiko"ya qarşı oynayıb-oynamayacağı sual altındadır.

- Komandanızın üzvü və millimizin yeni kapitanı Rahid Əmirquliyev Almaniya ilə görüşdən öncə himnimizi oxumamışdı. Buna münasibətiniz...

- İndi deyirsiniz, Rahid Əmirquliyevi həbsə ataq? Açığı, bu barədə düşünməmişdim. Biz onun əxlaqına çox yaxşı bələdik, hamımız onun intizamını bilirik. Rahid o futbolçulardandı ki, çox oyunçulara öz davranışları ilə nümunədir. Məncə, bu futbolçulara hörmətlə yanaşmaq lazımdır. Onun himni oxumaması vətənə sevgisinin olmadığı anlamına gəlmir. Mən bir azərbaycanlı kimi ona qibtə edirəm.

- Ağabala Ramazanov niyə oynamır?

- O, zədəli olduğu üçün komandaya qoşulmayıb.

- Ramil Şeydayev Almaniya ilə görüşün ən yaxşılarından biri olsa da, bu gün onu meydana buraxmadınız...

- Ramili meydana buraxmağı düşünürdüm. Sadəcə, matçın gedişi elə alındı ki, ehtiyac qalmadı. Xüsusi bir səbəb yox idi.

- Dino Ndlovu son dəqiqələrdə zədələndi. Vəziyyəti necədi?

- Elə güclü zərbə olmadı. Topa zərbə zamanı rəqib oyunçu ayağına vurdu.

- Rəşad Sadıqov və Dani Kintananın oynamaması süni örtüklə bağlı idi?

- Demək olar ki, bəli. Rəşadda da yüngül zədə var, komandaya tam qoşulmayıb. Daninin oyunu buraxmaq ehtimalı var idi. Vəziyyəti elə də ciddi deyildi. Sadəcə, istəmədim ki, meydanda olsun.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail