Ndlovu: "Bizim də Avropada təcrübəmiz var"

14.10.2017 | 4274 dəfə oxunub

“Qarabağ”ın futbolçusu  Dino Ndlovu Premyer Liqanın 8-ci turunda 2 qol vuraraq komandasının qələbə qazandırdığı "İnter"lə oyundan (2:0) sonra jurnalistlərin suallarını cavablandırıb:

- Dino, çətin oyun oldu. Son dəqiqələrdə vurduğun qollarla komandana 3 xal qazandırdın. Təəssüratlarını bilmək maraqlı olardı...

- Oyunun çətin keçəcəyini bilirdik. İlk hissədə şanslarımız elə də çox olmadı. Qolları son dəqiqələrdə vursaq da, layiqli qələbə qazandıq.

- Vurduğun qollarla bağlı nə deyə bilərsən?

- Rəqib yaxşı müqavimət göstərdi. Oyunun sonlarına doğru müdafiə xəttini yara bildik. Fərqləndiyim üçün çox sevinirəm. Amma əsas olan üç xaldır. Komandadakı hər kəs qol vurmaq istəyir. Bizi düşündürən yalnız qələbədir.

- İlk hissədə oyununuz heç cür alınmırdı. Bu, nə ilə bağlı idi?

- Çünki ilk hissədə “İnter” bütün komanda ilə yaxşı müdafiə olundu. Qapıya yaxın düşə bilmirdik. İkinci hissədə isə üstünlüyü ələ aldıq və “İnter”in sıx müdafiəsini yara bildik. Əsas olan qələbədir ki, onu da qazandıq.

- 3 gün sonra Çempionlar Liqasında “Atletiko” ilə çətin oyun var. Həmin qarşılaşma haqda nə düşünürsən?

- Bəli, çox böyük oyundur. “Atletiko”nun gücünə hamı bələddir. Çətin olacaq. Çalışacağıq ki, yaxşı oyun göstərək.

- Bəs qələbə qazanmaq necə, səncə, mümkün görünür?

- Əlbəttə, biz qələbə qazanmaq istəyirik. Amma nəticədə “Səbail”lə deyil, “Atletiko” ilə oynayacağıq. Bütün futbolçuları dünya səviyyəli oyunçulardır. Çox çətin olacaq. Amma əlimizdən gələni edəcəyik.

- Həmin oyunda da bugünkü kimi qol və ya qollar vuracağına inanırsan?

- Ola bilər. Elə asan görünmür. Ancaq bizim də Avropada təcrübəmiz var. Meydanda hər şeyi edəcəyik ki, baxımlı oyun göstərək. Təbii ki, qollar da ola bilər.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail