“Roma” ilə oyundan dərs çıxarmışıq"

15.10.2017 | 5835 dəfə oxunub

“Bizim üçün vacib oyun idi. Oyuna ciddi hazırlaşmışdıq. İlk hissədə “İnter” yaxşı müdafiə olundu. Birinci yarıda hesab açılmasa da, ikinci hissədə vurduğumuz qollarla qələbə qazana bildik”.

Stadium.Az xəbər verir ki, bu sözləri “Qarabağ”ın yarımmüdafiəçisi Tarik Elyunussi Premyer Liqanın 8-ci turunda “İnter” üzərində 2:0 hesablı qələbəni şərh edərkən deyib.

Təcrübəli futbolçu Çempionlar Liqasının qrup mərhələsinin üçüncü turu çərçivəsində “Atletiko” ilə Bakıda keçirəcəkləri oyuna da toxunub. Onun fikrincə, Madrid təmsilçisi ilə görüşdə qələbə qazanmaq olar: 

“Atletiko” yaxşı komandadı. Ancaq biz özümüz, öz oyunumuz haqda düşünürük. Öz adımdan onu deyə bilərəm ki, bizim üçün də yaxşı şans var. “Atletiko”nun cəmi bir xalı var. Biz qalib gələrək xal ehtiyatımızı üçə yüksəldə bilərik. Yəni qalib gələrək “Atletiko”dan yuxarı pilləyə qalxa bilərik. Hər şeydən əvvəl isə bizim üçün yaxşı təcrübə olacaq. Bilirəm ki, azarkeş çox olacaq və bizi sona qədər dəstəkləyəcəklər. “Roma” ilə matçda da pis oynamadıq. Əsasən də ikinci yarıda yaxşı mübarizə apardıq. “Roma” ilə oyundan dərs çıxarmışıq və “Atletiko”nun bizə ilk qolu vurmasına imkan verməməyə çalışacağıq”.

Norveçli futbolçu DÇ-2018-in seçmə mərhələsində ölkəsi ilə eyni qrupda yer alan Azərbaycan millisinin Çexiya və Almaniyaya qarşı oyunları haqda da danışıb:

“Millinizin Çexiya ilə oyununu izləyə bilmədim. Çünki həmin vaxt Norveçin oyununa baxırdım. Almaniya ilə matça isə baxdım. İlk hissədən sonra hesab 1:1 idi. Ancaq ikinci hissədə Almaniya yığması qollar vuraraq qələbə qazandı. Bu da normaldı. Çünki Almaniya dünya səviyyəli ulduzlardan ibarət yığmadır. Onlara qarşı oynamaq elə də asan məsələ deyil. Artıq bu seçmə mərhələ geridə qaldı. İrəliyə baxmaq lazımdı”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail