Tərlan Əhmədov: "Qruplaşma məsələsi məni çox narahat edirdi"

16.10.2017 | 6214 dəfə oxunub

“Neftçi”nin baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Premyer Liqasının VIII turunda “Səbail”i 4: hesabıyla məğlub etdikləri oyundan sonra təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Futbolçularıma gözəl qələbəyə görə təşəkkür edirəm. Azarkeşlərimizə də sonadək dəstək olduqları üçün çox sağ ol deyirəm. Komanda yavaş-yavaş özünə gəlir. Lakin bu qələbələr bizi rahatlaşdırmamalıdı. Çünki bizi qarşıda daha çətin oyunlar gözləyir. Çıxışımızı daha yaxşı səviyyəyə çatdırmalıyıq. Petrovun olmaması bəzi dəyişikliklər etməyimə səbəb oldu. Bu gün də Meza Kolli qırmızı vərəqə aldı.

- Qırmızı vərəqə epizodu barədə nə deyə bilərsiz?

- Həmin epizodu görməmişəm. Təkrara baxacam. Əvvəllər də demişəm, son ümid foluna görə qayda pozuntusuna normal baxıram. Ancaq oyunçu ehtiyac olmayan bir vəziyyətdə qırmızı alırsa, cəzası olmalıdı.

- Bu gün Rəşad Sadiqov müdafiənin mərkəzində çıxış edirdi...

- Rəşad “Qəbələ”də də həmin mövqedə oynamışdı. Onun Derlislə oyunu yaxşı alındı. Ancaq Sadiqovun həmin mövqedə oynatmağımın səbəblərdən biri də məcburiyyət idi. Belə ki, Petrovun sarı vərəqə limiti dolduğundan, Rəşada şans verməli oldum.

Sizi komandada daha çox hansı məqam narahat edir?

- Qruplaşma məsələsi məni çox narahat edirdi. Bu problemi həll eləmişəm. Komandanın təməli düzgün qurulmamışdı. Bir mövqedə 3-4, digər mövqedə isə 1-2 oyunçumuz var. Belədə, onları əvəz etmək çətin olur. AZAL-da bəzən 3 müdafiəçi ilə çıxış edirdik. Burda da oxşar problemlər var.

- Komandanı növbəti turda “Kəpəz”lə Gəncədə çətin oyun gözləyir. Orda anşlaq olacağı gözlənilir...

- Bu saat düşünmürəm ki, Gəncədə bizi anşlaq gözləyir. Hazırda yalnız komandanın oyununa köklənmişəm. “Zirə” və “Qəbələ” ilə oyunlarda futbolçulardan yalnız nəticəyə oynamağı tələb etmişdim. “İnter”lə oyun isə sübut etdi ki, bizim komandada potensial var. Azarkeş amili bizə problem yaratmamalıdı. Bu, əksinə oyunçulara stimul olmalıdı. Həmin oyunda əsas problem Meza Kollinin yoxluğu ola bilər.

- Komandaya hələ də fiziki hazırlıq üzrə məşqçi təyin olunmayıb...

- Danışıqlar gedir, hələ ki, dəqiq bir şey yoxdu.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail