Prosineçki: "İnsanlara futbolun gözəl, təmiz oyun olduğuna inandırmaq lazımdır" - MÜSAHİBƏ

17.10.2017 | 4146 dəfə oxunub

Millimizin baş məşqçisi Robert Prosineçki Xorvatiyada "Veçerniy list”in suallarını cavablandırıb:

- Xorvatiya millisinin baş məqşçisi olmağa namizəd göstərilirsiniz...

- Bu barədə oxumuşam. Xeyr, çox sağ olun. Burada işləmək istəmirəm, çünki onlardan biri deyiləm. Münasibətlərim bəllidir. Mövqeyimi bir saatın içində dəyişə bilmərəm. Hər halda, komanda mundiala vəsiqə qazanmağın bir addımlığındadır. Oyunçular yaxşıdırlar. Yeni baş məşqçi Zlatko Daliç Ukraynaya qalib gəldi və bu şansı haqq etdi. Ona işini tamamlamaq üçün imkan yaradılmalıdır.

- Azərbaycan millisində qalmaq istəmirsiniz?

- Fikirlərim belədir: Bu, yaxşı və qiymətli təcrübə idi. Ancaq mən bilmirəm ki, bu istiqamətdə yeni addımlar atmağım mümkündürmü? Biz seçmə mərhələdə 10 xal qazandıq, yaxşı oynadıq. Bu, oyuncaq keyfiyyətidir. İndiki durumda daha yaxşısını etmək olmazdı. Yeni səhifə açmağın vaxtı çatıb.

- Klub əsas variantdır?

- İndi klubda çalışmaq daha maraqlıdır, lakin iş tapmaq asan deyil. Siz güclü lobbinin bir hissəsi deyilsinizsə, bu, çox çətindir. Məsələn, Andre Villaş-Boaş. O, bir qrup insanın məhsulu idi. Onlar yeni Mourinyo yaratdılar. Lakin heç nə əldə edə bilmədi. Yaxşı klublarda çalışdı. Sonda onunla nələrə qadir olduqlarını bilmədiklərindən, Çinə getdi və bir neçə milyon qazandı.

- Türkiyədən təklif varmı?

- "Bursaspor"la danışmışdım. Bu ölkədə futbola böyük diqqət ayrılır, stadiondan təlim-məşq bazalarınadək infrastruktur yüksək səviyyəlidir.

- Sloveniya, Bosniya və Herseqovinadan sonra Avstriya ilə də adınız hallanır. Vahid Halilhociç, Çiro Blajeviç tez-tez sizi tərifləyir...

- Onlar işimi izləyirlər. Lakin yenə deyirəm: Mən klubda işləmək istərdim. Bizə daha çox iş görmək, irəli getmək lazımdır. Milli komandada 2-3 ayda bir dəfə çalışırsınız. Bu isə daha çətindir.

- Bəs Sloveniya Futbol Federasiyasının təklifi necədir?

- Sloveniya maraqlı variantdır. Bu ölkədə yaxşı oyun potensialı var. Lakin daha vacib məsələ Sloveniya Futbol İttifaqının tam qurulmasıdır. Orada hər şey var. Sloveniyalılar digər federasiyalar kimi pul verə bilmirlər. Lakin orada dövlətin gördüyü işləri bəyənirəm.

- Bunlar Xorvatiyada yoxdur?

- Mən Xorvatiya Futbol İttifaqını bura qatmaq istəməzdim. Ətrafımızda pis ab-hava var. Milli komanda daim böyük cərgələrdədir, klubları Çempionlar Liqası və Avropa Liqasında iddialıdırlar. Amma insanlar axmaq deyil, onlar nələrin baş verdiyini, kimin qaçdığını, kimin futbol oynadığını bilirlər. Lakin bu da bizim cəmiyyətdəki iqlimin bir hissəsidir. İnsanlar Xorvatiyanı tərk etdikdə sevinirlər. Bu isə pis haldır.

- Nə etməli?

- Yenidən başlamaq lazımdır. Ləkəsiz, karyeraları ərzində nə isə etmiş insanlar gəlməlidirlər. İnsanlara futbolun gözəl, təmiz oyun olduğuna inandırmaq lazımdır. Amma təəssüf ki, belə insanları görmürəm.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail