"Qarabağ" UEFA reytinqində irəlilədi

19.10.2017 | 4830 dəfə oxunub

Çempionlar Liqasının qrup mərhələsinin III turundan sonra klubların UEFA reytinqi açıqlanıb. Stadium.Az xəbər verir ki, Çempionlar Liqasının baş tutan 16 qarşılaşması siyahıda bəzi dəyişiklikləri nəticələnib.

2018-ci ilin yayından tətbiq olunacaq yeni hesablama metodu üzrə tərtib edilən cədvəlin ilk “100-lüy”ündə yeganə Azərbaycan klubu “Qarabağ”dı. İspaniyanın “Atletiko” klubu ilə Bakıdakı qolsuz heç-heçə çempionumuzun aktivinə daha 1 xal gətirib. Bununla, Qurban Qurbanovun yetirmələrinin aktivindəki əmsal 19,500-ə qədər artıb. Cari mövsümdə 5 xal əldə edən “Qarabağ” irəliləməyə də müvəffəq olub. Ağdam klubu hazırda Avropanın 66-cısı adına şərikdi. Təmsilçimiz Hollandiya “Feyenoord”u ilə eyni göstəriciyə malikdi.

“Atletiko” ilə qarşılaşmayadək 18,500 xalı olan “Qarabağ” Belarus BATE-si ilə 70-ci yeri bölürdü. 4 pillə irəliləyən çempionumuz BATE-dən başqa, “Betis”, “Real Sosyedad” və “Selta”nı arxada qoyub.

Hələlik rəsmi xarakter daşıyan, lakin yeni mövsümdə - yəni indiki nəticələrin nəzərə alınacağı vaxt etibarsız olan köhnə metodlu cədvəldə isə   “Qarabağ”ın 23,225 xalı var.

Hər iki metodlu hesablamada siyahıya İspaniya “Real”ı başçılıq edir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail