Cüdoçumuz Dünya çempionu oldu

20.10.2017 | 8022 dəfə oxunub

Xorvatiyanın paytaxtı Zaqreb şəhərində gənc cüdoçular arasında keçirilən dünya birinciliyi davam edir. 

Stadium.Az xəbər verir ki, mötəbər yarışın ikinci günü də Azərbaycan millisi üçün uğurlu olub.
 
73 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Hidayət Heydərov Yaponiya, İtaliya, Qazaxıstan, Gürcüstan və Türkiyədən olan rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə çıxıb.

Azərbaycan cüdoçusuna dünya birinciliyinin qızıl medalı təqdim olunub və Zaqrebdə onun şərəfinə dövlət himnimiz səsləndirilib, üçrəngli bayrağımız qaldırılıb.
 
Qızların yarışında, 52 kq çəki dərəcəsində mübarizə aparan Nəzakət Əzizova isə dünya birinciliyinin bürünc medalını qazanıb. Mərakeş, İspaniya, Rumıniya, Monqolustan cüdoçularına qalib gələn Nəzakət yalnız yapon rəqibinə uduzaraq 3-cü yeri tutub.
 
Yarışın ilk günü Natiq Qurbanlı (55 kq) və Kəramət Hüseynov (60 kq) gümüş medal əldə ediblər.
 
83 ölkədən 590 idmançının (346 oğlan, 244 qız) mübarizə apardığı mötəbər birincilikdə Azərbaycan milli komandası 15 cüdoçu (10 oğlan, 5 qız) ilə təmsil olunur.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail