Samir Əliyev: "Bu cür hallara yol verə bilmərik"

20.10.2017 | 5344 dəfə oxunub

“Səbail”in baş məşqçisi Samir Əliyev Azərbaycan Premyer Liqasının 9-cu turunda "İnter"ə 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb:

- “Neftçi” ilə oyundan sonra komandanı toparlamaq çətin olmadı ki?

- Bəli, çətinlik çəkdik. “Neftçi” bizə əsl şok yaşatdı. Bir neçə yeni oyunçuya şans vermişdim. Əsas məqsədimiz o idi ki, qol buraxmayaq. Sevindirici haldır ki, əvvəlki matçlardan fərqli olaraq, bu dəfə qol buraxmadıq. Qarşıda bizi “Qəbələ” və “Qarabağ”la çətin oyunlar gözləyir.

- Eltun Yaqublu əvvəlcə Nurlan Novruzovla, sonra isə Maudo Jarjue ilə mübahisə etdi. Bildiyimiz qədər ilə onun klub rəhbərliyində təmsil olunan şəxslərlə yaxınlığı var. Sanki futbolçu onlara arxalanaraq meydanda bu cür hərəkətlər edir...

- Eltun komandanın kapitanıdır. Bu məsələ ilə bağlı futbolçularla danışacağıq. Hər iki futbolçunu cəza gözləyir. Bizim əsas məqsədimiz intizam yaratmaqdır. Statistikaya nəzər salsaq, görərik ki, çempionatda ən az sarı vərəqə alan komandalardanıq. Bu gün də heç nədən iki sarı vərəqə aldıq. Bu komandada heç kim başqasından artıq deyil. Futbolçularımızın da hamısı təxminən eyni səviyyədədir. Eltun ötən oyunda ehtiyatda qalmışdı. Bunun da bəzi səbəbləri var idi. Bu cür hallara yol verə bilmərik.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail