"Rami Şeydayev Azərbaycanda itib-batacaq"

21.10.2017 | 6322 dəfə oxunub

"Ramil Şeydayevin Azərbaycana gedişi "Zenit" və Rusiya üçün çox ciddi itkidir. Başa düşmürəm, belə bir oğlanı necə itirmək olar?"

Stadium.Az xəbər evrir ki, bu sözləri “Zenit -2” komandasının sabiq baş məşqçisi Vladislav Radimov deyib.

O, “Sport-ekspress”ə müsahibəsində Şeydayevin Azərbaycan millisində oynamaq qərarına münasibət bildirib: 

“Ramil Rusiya I divizionunda "Zenit-2"nin heyətində 12 oyuna 10 qol vurdu. Bu, bir möhür idi. Həmin il 16 qolla bombardir oldu. Yayda "Zenit"lə müqaviləsi başa çatanda onunla dəfələrlə söhbət etdim. Şeydayev  "mən qərar verdim" deyən insan deyil. Mənə bildirdi ki, Nikolayiç, bir neçə variantım var. Vəssalam. Sonradan xəbər tutdum ki, hər şey həll olunub. Geriyə yol yoxdur. Şeydayevin vətəndaşlığını dəyişməsində atasının israrlı olub-olmadığını bilmirəm".

Radimov hazırda da Şeydayevlə tez-tez danışdığını və onun Rusiyadan gedişinə təəssüfləndiyini bildirib: “Ramil indi "Qarabağ"da ehtiyatda oturur. Demək olar ki, meydana çıxmır. O, müqavilə üzrə "Trabzonspor"a məxsusdur. Şeydayevlə indi də əla münasibətlərimiz var. Hərdən yazışırıq. Peşman olduğunu hiss edirəm. Ona etibar edən məşqçi tapsa, hər şey alınacaq. Əks halda klubları gəzəcək.  Bəlkə də Azərbaycanda itib-batacaq".

Azərbaycan vətəndaşlığını qəbul edərək ötən ildən millimizdə  çıxış edən gənc hücumçu bu yay müqavilə ilə məxsus olduğu “Trabzonspor”dan icarə əsasında "Qarabağ"a keçib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail