“Qəbələ” – “Qarabağ” matçının STATİSTİKASI

21.10.2017 | 6088 dəfə oxunub

Azərbaycan Premyer Liqasında IX tura start verilib. Stadium.Az xəbər verir ki, turun mərkəzi oyunu oktyabrın 22-də keçiriləcək.

“Qəbələ” öz meydanında “Qarabağ”la qarşılaşacaq. “Qırmızı-qaralar” son 4 mövsümün çempionu ilə mövsümdə ikinci dəfə görüşəcək.

Avqustun 26-da baş tutan səfər matçında 1:2 hesabı ilə uduzan Roman Qriqorçukun yetirmələri lideri Qəbələ şəhər stadionunda qəbul edəcək.

Bu matç iki rəqib arasında 45-ci duel olacaq. İlk dəfə 2006-cı ildə üz-üzə gələn rəqiblər indiyədək 44 dəfə qarşılaşıb. Bu oyunlardan 37-si Premyer Liqa, 7-si Azərbaycan kubokuna təsadüf edib. Bu oyunlarda “Qarabağ” daha çox – 18 qələbə qazanıb.

“Qəbələ”nin hesabında isə 10 uğur var. Digər 16 matçda qalib müəyyənləşməyib. Həmin görüşlərdə “qırmızı-qaralar” 40, rəqibi 54 qol vurub. Əyalət klubunun “Qarabağ”ın qapısına vurduğu 40 topa 26 futbolçu imza atıb.

Komandanın sabiq üzvü, braziliyalı Dodo hamıdan çox – 5 dəfə bu qarşılaşmalarda qol sevinci yaşayıb. Viktor Mendi 4, Filip Ozobiç və Sergey Zenyov hərəyə 3 dəfə rəqib qapısına yol tapıb.

Azərbaycan çempionatlarındakı 37 oyunda ağdamlılar 17, qəbələlilər 9 dəfə 3 xal əldə edib. Digər 11 matçda isə komandalar hərəyə 1 xal qazanıblar. 83 qolun vurulduğu Premyer Liqa duellərində rəqib üstünlüyə malikdir - 48:35.

“Qəbələ”nin ev matçlarına gəlincə, doğma meydanında 6 qələbəsi olan komanda 8 heç-heçə edib və 7 dəfə uduzub. Meydan sahibləri 23, qonaqlar 23 dəfə fərqlənib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail