Tərlan Əhmədov: "Onun yoxluğu böyük problem yaratdı"

21.10.2017 | 6773 dəfə oxunub

“Neftçi”nin baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Premyer Liqasının 9-cu turunda səfərdə “Kəpəz”ə qalib gəldikləri oyundan (1:0) sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Oyunun ağır olacağını bilirdik. Amma Gəncəyə 3 xal dalınca gəlmişdik. Bakıdan bura gələn azarkeşlərimizə təşəkkür edirəm.

- Bu gün  “Neftçi” qol epizodlarını xərcləyirdi. Bu, böyükhesablı qələbəyə mane oldumu?

- Düzdür, cinahların çıxışı tam xoşuma gəlmədi. Birinci hissədə yaradılan epizodları qola çevirsəydik, tamam fərqli oyun olardı. Bəlkə də, bunu gözləyirdim. Çünki bir matç digərinə bənzəmir. Görüşdən əvvəl də həyəcanlı olduğumu demişdim.
 
- Hakimlik haqda nə deyə bilərsiz?

- Hakimlər haqda bir sözüm yoxdu. Onlar da insandı, səhvləri olur. Amma nə bizə, nə də “Kəpəz”ə qarşı haqsızlıq oldu. Etiraz bildirə bilmərəm.

- Derlis Meza Kollisiz orta xətt necə çıxış etdi?

- Onun yoxluğu böyük problem yaratdı. Meza Kollinin Rəşad Sadiqovla tandemi yüksək səviyyədədi. Bir-birlərini gözəl başa düşürlər. Onun yoxluğu bizim işimizi bir qədər çətinləşdirdi. Bununla belə, əlimdəki materialdan maksimum istifadə etməyə çalışıram.

- Nə etmək lazımdır ki, “Neftçi”nin qələbə seriyası davamlı olsun?

- Məni ən çox narahat edən məqam komandanın 90 dəqiqə ərzində sürətli futbol oynamamasıdı. Komanda cəmi bir neçə dəqiqə ərzində yüksək temp nümayiş etdirir. Bu, təkcə fiziki durumla bağlı deyil, psixoloji məqam da var. Çempionatın elə bir dövrüdü ki, futbolçulara çox yükləmə vermək olmur. 21 futbolçumuz var. Hamısını eyni anda psixoloji cəhətdən hazırlamaq da çətindi. Problem fiziki və psixoloji durumdadı. Bu futbolçularla nəyəsə nail olmaq olar. Amma zamana ehtiyac var. Mən gələndə deməmişəm ki, bütün oyunlarda qələbə qazanacam. “Qarabağ” və “Qəbələ” ilə görüşlərdə də komandanı 3 xala kökləyəcəm.

- Komandada əvvəl futbolçular arasında qruplaşmanın olduğunu bildirmişdiniz. Bu problemi aradan qaldıra bildiniz? 

- Yerlilər və əcnəbilərlə ayrı-ayrılıqda söhbət etdim. Hamısı bir-birinə tam dəstəkdi. Amma dediyiniz məsələ hələ tam aradan götürülməyib. Bu gün onu bir daha hiss etdim.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail