Şahin Diniyev: "Mənim də imicim var"

21.10.2017 | 5598 dəfə oxunub

“Kəpəz”in baş məşqçisi Şahin Diniyev Azərbaycan Premyer Liqasının IX turu çərçivəsində Gəncədə “Neftçi”yə 0:1 hesablı məğlubiyyətdən sonra jurnalistlərin suallarını cavablandırıb:

- Oyun haqda çox şey demək istəmirəm. Səbəblər içimizdədi. Məğlub olsaq da, komandadan razı qaldım. Oyundan-oyuna futbolçular yaxşı təsir bağışlayırlar. Birinci hissədə Viktor rəqib qapıçı ilə təkbətən çıxsa da, fərqlənə bilmədi. Əvəzində standart vəziyyətdən sonra qol buraxdıq. Bundan sonra çalışdıq ki, uzun ötürmələrdən yararlanaq. Futbolçular istəkli idi. Amma alınmadı. Bugünkü duruma görə komandadan razı qaldım. Diqqətimizi növbəti oyuna yönəltməli, sona qədər mübarizə aparmalıyıq. Stabil heyəti qurmaq vacibdi. Axtarışdayıq. Əlimizi yerə salıb, dayanmamalıyıq. Təkcə ölümə çarə yoxdu. Bugünkü məğlubiyyətə görə məsuliyyəti mən daşıyıram. Gec-tez bu durumdan çıxacağıq. Bizim də küçəmizdə bayram olacaq”.

- Hakimlikdən razı qaldızmı?

- İndi nəsə desəm, naşılıq olar. Təkrara baxdıqdan sonra fikir bildirsəm, yaxşıdı.

- “Kəpəz” turnir cədvəlinin son pilləsində qərarlaşıb. Səbrinizin daşması üçün bu, nə qədər davam etməlidi?

- Məndən əvvəl azarkeşlər var. Təbii ki, mənim də imicim var. Bu durumla barışmayacam. Başımızı aşağı salıb, çətin durumdan çıxmalıyıq. Qış fasiləsinə qədər bacardığımız qədər xal toplamalıyıq. Getmək çox asandı. Bu komandanı mən qurmuşam. Sona qədər “vuruşacağıq”. Əminəm ki, çətin vəziyyətdən çıxacağıq. Stabil heyət müəyyənləşdirə bilmirik, problem bundadı. Əl-ələ verib, bu durumdan xilas olmalıyıq.

- “Kəpəz”in heyətinin güclü olmadığını bilirik. Qış fasiləsində dəyişiklik olacağına inanırsızmı?

- “Neftçi”nin heyətində ehtiyatda 9 futbolçu oturmuşdu. Kaş ki, onlardan 3-4-ü mənim ixtiyarımda olaydı. Mən bilirdim ki, büdcəmiz aşağı olacaq. Buna razılaşmısamsa, indiki durumda komandanı atıb getmək çox asandı. İşlədiyin vəziyyətdə problemi deyə bilmirsənsə, çıxıb gedəndən sonra nəsə demək düz olmaz. Açığı, qışda bunlardan yaxşı futbolçu alacağımızı deyə bilmərəm. Büdcəmiz buna imkan vermir. Amma azad agent statusu daşıyan oyunçu olsa, heyətimizə qata bilərik. Maksimum 1-2 nəfərlə güclənməyimiz mümkündü.

- Ardıcıl bir neçə matçı səfərdə keçirdiz. Bu, komandanın psixoloji durumuna təsir etdimi?

- Birinci dövrədə 7 matçdan 2 ev oyununda qalib gəlsəydik, 4-5-ci yerdə qərarlaşardıq. Belə olan halda, futbolçularda özünəinam hissi yaranır. Hər dəfə uduzanda isə onlarda xof yaranır. Amma meydançaya görə dəyərdi. Sözümün üstündə duracam. Bu durumdan yüz faiz çıxacağıq. Hər uğursuzluqda bir uğur var.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail