Emin Mahmudov: "Bütün bu sözlərə fikir vermirəm və sözün düzü, buna üzülmürəm" - MÜSAHİBƏ

21.10.2017 | 6161 dəfə oxunub

“Neftçi”nin yarımmüdafiəçisi Emin Mahmudov Gəncədə “Kəpəz”lə oyundan sonra jurnalistlərin suallarını cavablandırıb:

- Qələbə münasibətilə təbrik edirəm. Gəncəyə ilk səfərinizdir, nə düşünürsüz?

- Təbrik üçün təşəkkür edirəm. Oyun çox çətin oldu, çünki rəqibin yeni arenada açılış matçı idi. Özüm ilk dəfə Gəncədə olurdum, atmosfer xoşuma gəldi. Əvvəlki oyunlarda tribunalarda bu qədər azarkeş görməmişdim. Bu emsoiya baxımından üstünlük oldu.

- Komanda ardıcıl 3 oyundur qalib gəlir. Birdən-birə belə sıçrayışın səbəbi, sirri nədir?

- Sirri sadədir. Hamımız bir yerdə işləyirik, öz üzərimizdə çalışırıq. Əslində, məşqçimizin gördüyü iş hiss olunur. Və ən əsası arzudur. Daha çox qələbə qazanıb, mümkün qədər irəliləmək istəyirik. Düşünürəm ki, “Neftçi” kimi komanda aşağı pillələrdə olmamalıdı. Biz bu qələbə ilə kifayətlənməməli və növbəti oyunlarda yaxşı çıxış etməliyik.

- “Boavişta”dan ayrıldıqdan sonra çətin vəziyyətdə idiniz və “Neftçi”yə qoşuldunuz. İndi özünüzü necə hiss edirsiz?

- Özümü yaxşı hiss edirəm. Kollektivimiz və məşqçimiz mənə çox kömək edir. “Boavişta”da çox oynamırdım, oyun praktikasından əziyyət çəkirdim. Fikrimcə, “Neftçi”də əvvəlki formamı bərpa edə biləcəyəm.

- “Boavişta”dan ayrılamanın səbəbi nə idi? Niyə heyətə düşə bilmirdiz?

- Mənə nəyə görə şans verilmədiyini bilmirdim. Hətta qol vurduqdan sonra da şans qazanmadım və düşündüm ki, dəyişiklik etmək lazımdı.

- Bir çoxları sizin və Ramil Şeydayevin yenidən Azərbaycana dönməsini geriyə addım kimi dəyərləndirdi. Bu barədə nə deyə bilərsiz?

- Bütün bu sözlərə fikir vermirəm və sözün düzü, buna üzülmürəm. Bu, mənim seçimimdi və seçimimdə yanılmamışam. Yalnız inkişaf etmək niyyətindəyəm. Qətiyyən təəssüf hissi keçirmirəm.

- “Neftçi”də qalmaq fikriniz var, ya yenidən Avropa haqqında düşünürsüz?

- Görək proseslər necə olacaq...

- “Neftçi”nin hədəfi nədi? Yəqin ki, çempionluq əlçatmazdı...

- Potensialımız çoxdu. İşləməyə davam etməliyik, gənc və perspektivli oyunçularımız var, sadəcə özümüzə inanmalıyıq və hər oyun qalib gəlməyə çalışmalıyıq. Yazda hesab-kitab apararıq.

- Son iki oyunda milliyə dəvət almadın. Bu sənə pis təsir etmədi?

- Təəccüblənmədim. Çünki fiziki cəhətdən hazır deyildim. Dəvət almamağımdan istifadə edib, özümə gəldim. İnanırm ki, bundan sonra milliyə dəvət alacağam.

- Millidə baş məşqçi dəyişikliyi gözlənilir. Səncə, Prosineçki qalsa yaxşıdır, yoxsa yeni məşqçi gəlsin?

- Əlbəttə, baş məşqçimiz qalsa yaxşı olar. Amma getməyinə heç nə deyə bilmərəm. Əsas odu ki, hər şey milli üçün yaxşı olsun.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail