Roman Qriqorçuk: "Bu barədə düşünmürəm"

23.10.2017 | 6205 dəfə oxunub

“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk Azərbaycan Premyer Liqasının IX turunun son oyununda “Qarabağ”a 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra təşkil olunan ətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb: 

 - Çox yaxşı oynadıq. Sevincliyik, qalib gəlmişik, nəticədən razıyıq.

- İki oyundu ki, əks-hücumlara bel bağlayırsınız. "Sumqayıt"la matça baxanda bu gün daha parlaq oyun sərgilədiniz. Bundan sonra komandanızın bu taktika ilə oynayacağını düşünmək olar? 

- Oyunumuzu hücum üzərində qururuq. Əvvələr də bu cür çıxış edirdik. Sadəcə, həmin vaxt yaratdığımız şanslardan yararlana bilmirdik.

- İlk hissədə top komandanızda olsa da, fasilədən sonra “Qarabağ” oyuna nəzarət etməyə başladı. Bu, nə ilə bağlı idi? 
- Elə oyunlar olub ki, çətinliklə xal qazanmışıq və vacib xallar itirmişik. Bu, yəqin ki, psixoloji məsələ idi. Hesabda irəli olduğun halda psixoloji cəhətdən güclü olmalısan. Bunun üçün ardıcıl qələbələr qazanmalıyıq ki, problem həll olunsun. 

- İlqar Qurbanov və Filip Ozobiç nə zaman sıraya dönəcəklər?
- Onların hər ikisində sınıq var idi. Artıq məşqlərə başlayıblar. Qısa müddətdə komandaya qoşulacaqlar. 

- Ötən mövsümün gedişində komandanız “Qarabağ”dan 6 xal öndə olsa da, sonradan üstünlüyü əldən verdi. Bu mövsüm “Qəbələ” çempion olmaq gücündədimi?
- Bu barədə düşünmürəm. Mövsümün axırını fikirləşmək lazımsızdı. Növbəti oyunları düşünürük. Komandanın daha yaxşı olması üzərində fikiləşirik.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail