AFFA Messinin Bakıya gəlməsinə əngəl oldu

24.10.2017 | 6048 dəfə oxunub

Argentina milli komandasının agentləri Azərbaycan millisi ilə yoxlama matçı keçirmək üçün AFFA-ya təklif irəli sürüblər.

Stadium.Az xəbər verir ki, bu haqda AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu məlumat verib. Argentina noyabrın 11-də Rusiyada bu ölkənin millisiylə keçirəcəyi oyun ərəfəsində bu matçın təşkilini istəyib. Amma AFFA bu görüşdən imtina edib.

AFFA rəsmisi vaxt məhdudiyyəti və millinin əsasını təşki edən “Qarabağ”ın Çempionlar Liqasındakı oyunu səbəbindən belə qərar verdiklərini söyləyib: “Qısa vaxt ərzində Argentina kimi milliyə qarşı komanda hazırlamaq çox çətin məsələdir. İkincisi, həmin ərəfədə “Qarabağ”ın həm Premyer Liqada, həm də Çempionlar Liqasında oyunu olduğundan Argentina ilə yoxlama matçının keçirilməsi məsləhət görülmədi”.

Bəzi məlumatlara görə, Argentina tərəfi Azərbaycana səfərin xərclərini AFFA-nın ödəməsini istəyib. Bu məsələ ilə əlaqədar M.Nərimanoğlu deyib: “Bu səbəb deyil. Əsas səbəb bu təklifin bizə qısa vaxt ərzində gəlməsidir. Təklifdə maliyyə ilə bağlı heç nə yox idi”. 

Bir müddət əvvəl AFFA noyabr ayında Azərbaycan millisinin yoxlama oyunu keçirmək istədiyini və rəqib axtarışında olduğunu açıqlamışdı.

Argentina agentlərinin AFFA-ya yoxlama oyunu təklifi etməsi ilə bağlı ilk xəbəri azerisport.com saytı yayıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail