Bizimkilər kimə səs verib?

24.10.2017 | 5476 dəfə oxunub

Londonda FİFA tərəfindən təqdim olunan "The Best" mükafatlarına namizədlərin səsverməsində iştirak edənlərin siyahısı və onların seçimləri açıqlanıb.

Stadium.Az Report-a istinadən xəbər verir ki,  ən yaxşı kişi və qadın futbolçu ilə baş məşqçinin seçiminə milli komandaların kapitanları, baş məşqçilər və media nümayəndələri qatılıblar.

Səsvermədə "Qarabağ"ın 2 futbolçusu - Rəşad Sadıqovla Ansi Aqolli Azərbaycan və Albaniya millilərinin kapitanları qismində mövqe ortaya qoyublar. Hər iki oyunçu Kriştianu Ronaldonu ilin futbolçusu, Zinəddin Zidanı ilin baş məşqçisi hesab edib. Sonda Ronaldo və Zidan müvafiq nominasiyada qalib olub. Media nümayəndəsi Rasim Mövsümov da ən yaxşı oyunçunu düzgün müəyyənləşdirib.

Millinin baş məşqçisi Robert Prosineçki isə ilin futbolçusu seçimində yanılıb. O, Lionel Messini birinci göstərib. Prosineçki üçüncü pillədə xorvat həmyerlisi Luka Modriçin adını çəkib.

Qadın futbolçu və baş məşqçinin seçimində Azərbaycan yığmasının kapitanı Sevinc Cəfərzadə, baş məşqçi Vüqar Əsgərli və media nümayəndəsi Lalə Dəmirova iştirak edib. Cəfərzadə və Əsgərli Dəmirovadan fərqli olaraq, ən yaxşı futbolçunu düzgün müəyyənləşdirib. Ən yaxşı baş məşqçi seçimində isə Cəfərzadə dəqiq olub.

Qaydalara əsasən, onlar hər bir nominasiya üzrə 3 şəxsin adını açıqlayıblar. İlk yerə 5, ikinci yerə 3, üçüncü yerə isə 1 xal verilib.

Ən yaxşı futbolçu (kişi)

Rəşad Sadıqov (kapitan): Kriştianu Ronaldo, Neymar, Lionel Messi

Robert Prosineçki (baş məşqçi): Lionel Messi, Kriştianu Ronaldo, Luka Modriç

Rasim Mövsümov (media): Kriştianu Ronaldo, Serxio Ramos, Canluici Buffon

Ansi Aqolli (kapitan, Albaniya): Kriştiano Ronaldu, Lionel Messi, Canluici Buffon

Ən yaxşı futbolçu (qadın)

Sevinc Cəfərzadə (kapitan): Like Martens, Pernille Harder, Codi Teylor

Vüqar Əsgərli (baş məşqçi): Like Martens, Codi Teylor, Pernille Harder

Lalə Dəmirova (media): Karli Lloyd, Cenifer Marojan, Pernille Harder

Ən yaxşı baş məşqçi (kişi)

Rəşad Sadıqov: Zinəddin Zidan, Massimiliano Alleqri, Antonio Konte

Robert Prosineçki: Zinəddin Zidan, Antonio Konte, Leonardo Jardim

Rasim Mövsümov: Zinəddin Zidan, Leonardo Jardim, Massimiliano Alleqri

Ansi Aqolli: Zinəddin Zidan, Massimilano Alleqri, Maurisio Pokettino

Ən yaxşı baş məşqçi (qadın)

Sevinc Cəfərzadə: Sarina Viqman, Nils Nilsen, Emma Hayes

Vüqar Əsgərli: Xavi Lyorens, Ralf Kellermann, Nils Nilsen

Lalə Dəmirova: Jerar Preşö, Olivyö Eşuafni, Xavi Lyorens

Səsvermədə ən yaxşı kişi futbolçulardan Kriştianu Ronaldo 43,16 faiz, Lionel Messi 19,25 faiz, Neymar 6,97 faiz səs, qadınların seçimində Like Martens 21,72 faiz, Karli Lloyd 16,28 faiz, Deyna Kastelyanos 11,69 faiz səs toplayıb.

Ən yaxşı kişi baş məşqçisi kimi Zinəddin Zidan 46,22 faiz, Antonio Konte 11,62 faiz, Massimiliano Alleqri 8,78 faiz səsə yiyələnib. Ən yaxşı qadın baş məşqçilərə gəldikdə, Sarina Viqman 36,24 faiz, Nils Nilsen 12,64 faiz, Jerar Preşö isə 9,37 faiz səs qazanıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail