“Formatı dəyişdiriləcək klublararası dünya çempionatı Konfederasiyalar Kubokunu əvəzləyə bilər"

27.10.2017 | 6243 dəfə oxunub

1960 – 2004-cü illərdə Qitələrarası kubokun qalibi olmuş Avropa və Cənubi Amerika klubları dünya çempionu kimi qəbul edilib.

Bununla bağlı qərar FİFA Şurasının Hindistanın Kəlküttə şəhərindəki iclasında qəbul olunub. FİFA prezidenti Canni İnfantino mətbuat konfransında bildirib ki, yenilənmiş klublararası dünya çempionatı Konfederasiyalar Kuboku turnirini əvəzləyə bilər:

“Formatı dəyişdiriləcək klublararası dünya çempionatı Konfederasiyalar Kubokunu əvəzləyə bilər. Bu, mümkün variantlardan biridir. Təqvimdə əlavə yerimiz yoxdur. Dünyada klub futbolunun inkişafı üçün hansısa addımlar atılmalıdır. Bu, hələlik ideyadır və müzakirə olunacaq. Yekun qərar gələn ilin martında qəbul edilə bilər”.

Konfederasiyalar Kuboku 4 ildən bir, dünya çempionatından 1 il əvvəl keçirilir. Qitələrarası Kubok matçı isə hər il Yaponiyanın Yokohama şəhərində Çempionlar Liqasının qalibi ilə Libertadores Kubokunda birinci yeri tutan komanda arasında baş tutur.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail