Eriksen zirvədə, Almeyda kənarda qaldı

07.11.2017 | 4140 dəfə oxunub

Çempionlar Liqasının arxada qalan 4 turunun ən sürətli futbolçuları açıqlanıb. Stadium.az xəbər verir ki, söhbət futbolçuların oyun ərzindəki ümumi sürətindən gedir.

 Yəni 1 saat ərzində ən çox məsafə qət edənlərin adları bəlli olub. UEFA-nın rəsmi saytı ən azı 200 dəqiqə meydanda olan və ya 3 oyunda forma geyinənlərin göstəricilərini hesablayıb.

 Turnirin rekordçusu Kristian Eriksendi. O, hər saata 8,43 km qət edib.  Ümumiyyətlə isə 8 oyunçu saatda 8 km-dan artıq qaçmağa nail olub.

 UEFA-nın açıqladığı “11-lik”də Azərbaycan çempionu “Qarabağ”ın üzvü yer almayıb. Düzdü, təmsilçimizin braziliyalı legioneri qət etdiyi ümumi məsafənin uzunluğuna görə Çempionlar Liqasında 7-cidi.

 Amma 46 km 469 m məsafə qət edən Riçard 4 oyunda 360 dəqiqə oynayıb. Cənubi amerikalı saata 7,74 km qət edə bilib.

 Onun belə orta sürəti UEFA-nın tərtib etdiyi 11 futbolçudan ibarət siyahıya düşmək üçüm yetərli olmayıb. Hərçənd siyahıda sürəti 8 km/s-dan aşağı olan üç oyunçu da yer ala bilib. Yarımmüdafiəçimizi “11-lik”dən  0,22 km/s ayırır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail