"Qəbələ" "Beşiktaş"la qarşılaşacaq

08.11.2017 | 4142 dəfə oxunub

Türkiyədə təşkil olunan “Limra Cup” turnirində növbəti qarşılaşmalar keçirilib. “Qəbələ”nin 11 yaşadək futbolçulardan ibarət komandası bu gün iki matçda qüvvəsini sınayıb. Stadium.az klubun saytına istinadən xəbər verir ki, "qırmızı-qaralar” öncə Azərbaycanın digər təmsilçisi “Vətən”lə üz-üzə gəlib. 

Rüstəm Məmmədovun baş məşqçisi olduğu komanda 1:0 hesabı ilə qalib gəlib. Həlledici qolu Ömər Kərimov vurub. Günün digər matçında “Qəbələ” Rusiya “Lokomotiv”i ilə qarşılaşıb. “Qırmızı-qaralar” bu görüşdə də eyni hesabla qələbə qazanıblar – 1:0. Ömər Ağababayevin qolu komandamızın ardıcıl 5-ci qələbəsini rəsmiləşdirib.

Bunadək “Manavqatspor”a 10:0, “BD Spor”a 4:0, “Kəmər Kartalları”na 6:0 hesabı ilə qalib gələn “Qəbələ” xal hesabını 15-ə çatdırıb. Turnirin lideri olan komandamız sabah son matçını keçirəcək. “Qırmızı-qaralar” 4 oyunda 12 xal toplayan “Beşiktaş”la üz-üzə gələcək.

Xatırladaq ki, 7 komandanın iştirak etdiyi turnir dairəvi sistemlə keçirilir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail