Samir Ələkbərov: "Paltardəyişmə otağı xəstəxanaya çevrilib"

10.11.2017 | 1299 dəfə oxunub

“Futbolçular meydanda əziyyət çəkdiyi kimi, mən də çətinliklə üzləşirəm. Səhvlərimiz var və bunun üzərində işləməliyik”.

Stadium.az xəbər verir ki, bu sözləri Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının baş məşqçisi Samir Ələkbərov Avro-2019-un seçmə mərhələsində Almaniya yığmasına 0:7 hesabı ilə uduzduqları oyundan sonra deyib. Daha sonra o, jurnalistlərin suallarını cavablandırıb.


- Komandada istək yox idi. Bu, nə ilə bağlı idi?

- Bəli, istək var idi, hazırlaşmışdıq, lakin bacarmadıq. Komanda birinci dəqiqədə qol buraxdığı üçün həvəsdən düşdü. 


- Düşünmürsünüz ki, milliyə gəlişiniz düzgün deyildi?

- Kimsə bu yükün altına girməli idi. Təssüfflənmirəm.


- Yayılan xəbərlərə görə, futbolçularımız oyuna pul qoyuluşu ediblər. Bu məsələ ilə bağlı nə deyə bilərsiniz?

- Mən futbolçuların oyuna pul qoyuluşu edəcəyinə inanmıram. Mümkün deyil.


- Renat Dadaşov sanki oynamaq istəmirdi. Bu barədə nə deyə bilərsiniz?

- Onu böyük ümidlərlə komandaya dəvət etmişik. Demək olar ki, bütün futbolçulardan narazı qaldım. 


- Kosovo ilə oyunda ciddi dəyişiklik gözlənilirmi?

- Gözlənilirdi. Amma indi paltardəyişmə otağı xəstəxanaya çevrilib. Bir neçə futbolçumuz əzələsini dartıb. Budaq, Renat, Bəhlulun zədəsi var.

Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

18.01.2018

10:13  PSJ - "Dijon" 8:0 VİDEO

17.01.2018

16.01.2018

15.01.2018

   
  O Q H M T-f X
1. Qarabağ 14 12 1 1 25:6 37  
2. Qəbələ 14 10 1 3 28:14 31  
3. Zirə 14 9 3 2 23-11 24  
4. Sumqayıt 14 6 2 6 17:17 20  
5. Neftçi 14 5 1 8 17-16 16  
6. Səbail 14 4 1 9 9-21 13  
7. Keşlə 14 2 2 10 9:24 8  
8. Kəpəz 14 2 1 11 10-29 7  
26.11Zirə 2-3Qarabağ
26.11Sumqayıt 0-0Səbail
25.11Kəpəz 1-6Qəbələ
25.11Neftçi 3-1Keşlə
20.10Səbail -Keşlə
21.10Sumqayıt -Zirə
21.10Kəpəz -Neftçi
22.10Qəbələ -Qarabağ