Qurban Qurbanov: "Lazım olduqca gedib kənardan izləyəcəyik"

17.11.2017 | 5962 dəfə oxunub

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XII turunda “Sumqayıt”a 2:0 hesabıyla qalib gəldikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

- Hiss olunudu ki, tonusdan düşmüşdük. Çünki neçə gün idi oynamırdıq. Futbolçuların istirahətə daha çox ehtiyacları var idi. Onlar üçün də faydalı oyun oldu. Belə matçlarda azlıqda qalmaq onları bir az da bərkidir. Komandamı təbrik edirəm.

- Komandada qırmızı vərəqələrin sayı çoxalıb. Bu, nə ilə bağlıdı?

- Elə bir səbəbi yoxdu. Futbol mübarizə oyunudusa, burda mütləq belə hallar olacaq. Elə olub ki, qırmızılıq hərəkət olmayıb, hakim verib. Mən yenə də futbolçularda səhv axtarıram. İnşallah, bunda da xeyir var. Oyunçular daha diqqətli olurlar. Belə hallara hazır olmalıyıq. Bəzən məşqdə də bunların üzərində çalışırıq, qırmızı vərəqə olsa, hansı dəyişikliyi edək. Açığı, qapıçının qırmızı vərəqəsini gözləmirdik.

- Anton Kanibolotskiyə çox şans vermirsiniz. Qışda onunla yollarınızı ayırmağı düşünmürsünüz?

- Yollarımızı ayırmağı düşünmürük. Düzdü, ona elə də çox oyunda şans vermədik. 3 qapıçının olması mənim üçün vacibdi. Kanibolotskini digərlərindən zəif saymıram. Qapı xətti elədi ki, çalışmalıyıq ki, orda dayanan oyunçunun oyun təcrübəsi olsun.

- Millinin baş məşqçisi olduğunuz üçün artıq rəqib komandanın da oyununu diqqətlə izləmək məcburiyyətindəsiniz. Bu, sizə çətinlik yaratmayacaq?

- Xeyr. Rəqiblərin oyunçularını da tanıyıram. Lazım olduqca gedib kənardan izləyəcəyik. Hər biri tanışdı. Amma yenə də izləmək lazımdı.

- Məşqçilərdən biri deyib ki, klubun inkişafı üçün ən azı mövsümdə 60 oyun keçirməlidi. “Qarabağ”ın çox oyun keçirməsinin uğurlu çıxışında rolu varmı?

- Bu, hamıya bəllidi. Nə qədər çox oyun keçirsə, futbolçu daha dözümlü olar. Baxır 60 oyunu necə keçirirsən. Bəzən 40-50 oyun da olar. Oyun sayını artırmaq olar, amma keyfiyyətə daha çox üstünlük vermək lazımdı. 40 keyfiyyətli oyun, 60 keyfiyyətsiz matçdan daha yaxşıdı.

- “Çelsi” ilə matçdan nə gözləmək olar?

- Hər şey. Rəqib, qarşısına qoyulan məqsədi bəllidi. Futbolçulara inam verməliyik ki, bu komandaya qarşı mübarizə aparmaq olar. Azarkeşlər də inansınlar ki, yaxşı mübarizə olacaq. Ən azı buna söz verirəm. Hətta məğlub olsaq da, azarkeşlərin mübarizədən razı qalmalarına çalışacağıq. Bir neçə günümüz var. Rəqibi daha yaxından tanımağa çalışacağıq. “Çelsi” fərqli sistemdə oynayır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail