Qara Qarayev: "Onun yoxluğu ciddi itkidi" - MÜSAHİBƏ

18.11.2017 | 2352 dəfə oxunub

Azərbaycan Premyer Liqasında növbəti oyununu keçirən “Qarabağ” “Sumqayıt” (2:0) oyunundan sonta Ağdam təmsilçisinin yarımmüdafiəçisi Qara Qarayev jurnalistlərin suallarını cavablandırıb:

- Təbrik edirik. Bu cür gedişatı gözləyirdinizmi?

- “Sumqayıt”ın son vaxtlar yaxşı çıxış etdiyini görürdük. Ancaq başlanğıcda göstərilən qırmızı vərəqə axarı dəyişdi. Buna rəğmən, komanda olaraq ruhdan düşmədik, 10 nəfərlə qalsaq da, qələbəni qazandıq.

- Amma son dəqiqələrdə “Sumqayıt” təzyiqi artırmışdı. Onlar fərqi minimuma endirsəydilər, oyunu istədiyiniz şəkildə davam etdirmək sizin üçün çətinləşəcəkdimi?

- Əlbəttə, çətinləşəcəkdi. Çünki vuracaqları qol onlar üçün motivasiya olacaqdı. Ancaq biz fərqi sona qədər qoruya bildik.

- Çempionatın səviyyəsinin yüksəldiyi deyilir. Amma bu gün “Qarabağ” Premyer Liqada mükafatlar uğrunda yarışan rəqibini 10 nəfərlə yendi. Demək olarmı, sizin üçün rəqabət və ya rəqib yoxdu?

- Bir-birimizi aldatmamalıyıq. Bugünkü çempionat əvvəlki deyil. İştirakçı komandaların sayının 8-ə endirilməsi səviyyəni də aşağı salıb. Ümid edirik ki, tezliklə problemlər aradan qaldırılacaq, rəqabətli, gərgin çempionatda yarışacağıq.

- Son oyunlarda legionerləriniz qırmızı vərəqə alır. Bu, təsadüfdürmü?

- Planlaşdırılmış addım olduğunu düşünmürəm. Amma bunu aradan qaldırmalıyıq. Hər oyunda qırmızı almağımız oyun planımızı pozur.

- Qarşıda daha vacib matçınız var. Bu görüşlə bağlı nə deyə bilərsiniz?

- Təhlükəli rəqibdi. Oyunun gərginliyini başa düşürük və qələbəyə köklənmək bir xəyal olardı. Yaxşı oynamağa çalışacağıq və “Çelsi” kimi komandanın çətinliklə üzləşməsinə nail olacağıq. Bunu etməyi hədəfləyirik. Yaxşı nəticə qazansaq, əla, olmasa, can sağlığı. Bütün niyyətimiz, məqsədimiz bu oyuna köklənib.

- Pedronun oynamayacağı təsirini göstərəcəkmi?

- Onun yoxluğu ciddi itkidi. İki oyunluq cəzalanacağını gözləyirdik. Oynamayacağı problem yaradacaq, amma yerini dolduracaq futbolçularımız var. Onların ümidləri doğruldacağına inanıram.

- Nəzəri cəhətdən olsa belə, üçüncü yeri tutmaq şansınız davam edir. Bunu nə dərəcədə real sayırsınız?

- “Atletiko” ilə oyunun nəticəsi də həlledici rol oynayacaq. Hər şey son turdan asılı olacaq. Taleyimiz Madriddə də həll oluna bilər, Romada da.

- “Qarabağ”ın ingilis klublarından çəkindiyini demək olarmı?

- Təxminən elədi. Almanlar heç vaxt dayanmır, tempi salmırlar. İngilislər də belədi, mümkün qədər çox qol vurmaq istəyirlər. İspanlar isə müəyyən sayda qol vurduqdan sonra dayanırlar. İnanıram ki, burdakı son oyunumuzda xalqımızı sevindirəcəyik.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
"Qarabağ" hələ də Poltavadadır - Bakıya dönüş yubanır
Son xəbərlər

15.11.2018

14.11.2018

16:18  Ayxan Abbasov "Sumqayıt"da - RƏSMİ

13.11.2018

12.11.2018

13:29  "Monako" - PSJ - 0:4 VİDEO

11:54  "Selta"- "Real" - 2:4 VİDEO

11.11.2018

22:46  "Sumqayıt" - "Keşlə" - GENİŞ İCMAL VİDEO

22:15  "Qarabağ"ın qələbəsi - GENİŞ İCMAL VİDEO

20:15  "Qısaca, "Qarabağ" bizdən güclüdür" - Sənan Qurbanov

19:12  "Sumqayıt" - "Keşlə" -HEYƏTLƏR

17:09  "Qəbələ" - "Qarabağ" -HEYƏTLƏR
   
  O Q H M T-f X
1. Neftçi 10 8 1 1 20-7 25  
2. Qarabağ 10 6 2 2 17-11 20  
3. Səbail 10 5 2 3 12-11 17  
4. Sabah 10 5 1 4 9-11 16  
5. Qəbələ 10 3 3 4 14-14 12  
6. Sumqayıt 10 3 2 5 10-13 11  
7. Keşlə 10 1 3 6 8-14 6  
8. Zirə 10 1 2 7 7-16 5  
11.11Sumqayıt ---Keşlə
11.11Qəbələ ---Qarabağ
10.11Səbail ---Sabah
10.11Neftçi ---Zirə
24.11Qarabağ -Sabah
24.11Keşlə -Qəbələ
25.11Zirə -Sumqayıt
25.11Səbail -Neftçi