Tərlan Əhmədov: "Həyəcan təbili çalınmışdı ki..." - MÜSAHİBƏ

19.11.2017 | 6466 dəfə oxunub

“Neftçi”nin baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Premyer Liqasının 12-ci turunda evdə “Qəbələ”yə 2:3 hesabı ilə uduzqları matçdan sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Maraqlı oyun alındı. Sürətli, yaxşı keçdi. Təəssüf ki, məğlub olduq. Bu da futbolun bir qanunudur. Təzə gələndə demişdim ki, məni narahat edən məsələlərdən biri komandanın tam hazır olmamasıdır. Həyəcan təbili çalınmışdı ki, hardasa laxlama olacaq. Ardıcıl iki məğlubiyyət göstərir ki, hazırlıq dövrü bizi ola bilsin hələ çox məyus etsin. Bu oyuna görə futbolçulara təşəkkür düşür. Səhvlərdən qollar buraxdıq. Rəqib futbolçuların fərdi keyfiyyətlərinin də təsiri oldu. Yaxşı oyunla məğlub olduq.
Təməldə çox şey var. İlk növbədə funksional hazırlıq durur ki, bu da yoxdur. Ardıcıl 4 qələbədən sonra düşünürdüm ki, əvvəlki dövrə qayıdacaq. Çünki komandada psixoloji hazırlıq dönəmi olmamışdı. İkinci hissədə dəyişiklik edəcəyim 2 futbolçu var idi: Mirabdulla və Namiq. Limitdə də elə bir oyunçu yox idi. Demirəm ki, mənim komandam olsaydı, daha yaxşı olardı. Ancaq fasilədə hücum xəttinə daha səviyyəli futbolçular dəvət olunmalıdır. “Qəbələ” bu cəhətdən fərqlənirdi.

- Nizami Hacıyev “Neftçi”yə keçəcəyini deyib. Başqa neçə transfer düşünürsüz?

-  Deyibsə, deməli, düzdür. Söhbətimiz var, amma tam razılıq əldə olunmayıb. Çünki klubu ilə müqaviləsi var. Komandaya cəlb olunacaq yerli futbolçu yoxdur. Aşağı yaş qrupunda da elə bir oyunçu yoxdur. Problem böyükdür.

- “Qəbələ”nin ilk qolundan əvvəl əsəbləşməyiniz nə ilə bağlı idi?

- İlk qoldan əvvəl top rəqib oyunçudan çıxsa da, künc zərbəsi verildi. Mən hər zaman top olan istiqamətə baxıram. Bunu da açıq-aşkar gördüm. Fasilədə də videotəkrara baxıldı. Bu etiraza da haqqımız var.

- 2:3-dən sonra Seqoviyanı oyuna buraxmağınız gözlənilirdi...

- Seqoviya iki həftəyə yaxın zədədən əziyyət çəkib. Son 4 gündə məşqlərə başlayıb. Heç kimin haqqını yeməmişəm, həmçinin Seqoviyanın da. İstərdim ki, iki hücumçu ilə oynayaq. Amma Seqoviya buna hazır deyildi.

- Liderlərə qarşı oyunlarda hesabda önə keçsəniz də, sonda məğlub olursuz...

- Baxır necə müdafiə olunasan. Çalışıram hücum futboluna üstünlük verim. Futbolun gözəlliyi hücum futboludur. “Zirə” və “Qəbələ”yə 1:2 uduzduğumuz oyunlarda da çalışdıq hücum futbolu oynayaq. Müdafiəyə çəkildik və qol buraxdıq. Bu, futbolçuların səviyyəsindən irəli gələn məsələdir. Bunu meydanda oyunçular özləri qərarlaşdırırlar ki, necə müdafiə olunsunlar. Bugünkü son qolda da bu, hiss olundu. Mənim strategiyamda gözəl oyun və hücum futboludur.

- Elnur Cəfərovla danışmısınızmı?

- Mətbuatdakı yazılarla onu “öldürüb, basdırmamalıyıq”. Onunla ilk görüşüm olanda Elnur üzr istədi. Kimisə davaya çağırması məsələsinin isə yalan olduğunu bildirdi. Amma mən onu cəzalandırdım. Milli komanda qürur yeridi. Mən yığmaya görə karyeramı təhlükə altına da atmışam. Milliyə gedib şərəflə formasını geyinməliyik. “Neftçi” SSRİ dönəmində milli komanda olub. Bu klubun 80 illik tarixi var. Biz həyatda insanı silirik. Elnuru silmək asandı, Elnuru da siləcəm, gedəcək. Amma sabah gedib başqa yerdə oynayanda, insan kimi püxtələşməlidir. Cavan uşaqdı, onu düz yola dəvət etməli, dəstək olmalıyıq. Özündən çox şey asılıdı. Demişdim ki, yazın, Elnur cəzalanır. Yanvarda əvəzedici heyətdə baxılacaq. 99 faiz komandadan gedəcək. Qalmaq üçün cəmi 1 faiz şansı var. Hər şey özündən asılıdır. Yeni alternativ futbolçular cəlb olunacaq.

- Komandanın mövsümün əvvəlində tam formalaşmamasının günahı kimdədi: Elxan Abdullayevdə, yoxsa rəhbərlikdə?

- Futbolçunu rəhbərlik yox, məşqçilər yığır. Burda tək günah Elxan Abdullayevdə deyil. Məşqçilər korpusu var. Limit məsələsində olan budur. Vaxtında düzgün strategiya qurulsaydı, bu gün o problemi yaşamazdıq.

- Barqas və Errera ilə yeni müqavilə imzaladınız. Onları isə əvvəlki baş məşqçi gətirib...

- Onlarla mən müqavilə imzalanmasını istəmişəm. Futbolçunu məşqçilər heyəti götürür. Yeni komandanın yaranmasl üçün nə qədər vaxt tələb olunur. Onlarla və Rəhman Hacıyevlə müqavilə müddətinin uzadılmasını istədim.

- Ehtiyatda qalan futbolçularla qışda yollarınızı ayıracaqsınız?

- Kimin gedəcəyi yanvarın 4-dən sonra bəlli olacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail