Roman Qriqorçuk: "Standart vəziyyətlər zamanı çox həyəcan keçiririk"

19.11.2017 | 4895 dəfə oxunub

“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk Azərbaycan Premyer Liqasının 12-ci turunda səfərdə “Neftçi”yə 3:2 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb:

- Bu, turda son matç idi. Bizdən öncə əsas rəqiblərimiz turu 3 xalla başa vurmuşdular. Buna görə, bu gün qalib gəlməli idik. Oyundan razı qaldım. Əsas odur ki, 3 xal qazandıq. Bizim üçün vacib qələbə idi. Sevinirəm ki, bu gün qalib gəldik.

- Uzunboylu müdafiəçilərə sahib olsanız da, standart vəziyyətlərdə qollar buraxırsınız. Bunun səbəbi nədir?

- Düzdür, hündür oyunçularımız var. Lakin hər şey boydan asılı deyil. “İkinci mərtəbə”də oynamağı bacarmaq lazımdır. Standart vəziyyətlər zamanı çox həyəcan keçiririk. Bunun üzərində işləmək lazımdır.

- Hesab 2:2 olan zaman hansı hisləri keçirirdiniz?

- Həmin anda nəticə barədə düşünmürdüm. Oyunun sonuna hələ vaxt var idi. Sadəcə, necə qələbə qazana biləcəyimizi fikirləşirdim.

- Oyunda çox erkən əvəzləmə etdiniz. Elvin Məmmədovun yerinə Ruslan Qurbanova şans verdiniz. Belə tez əvəzetməyə səbəb nə idi?

- Qola qədər Elvin səhv etdi. Standart vəziyyətdə də həmçinin. Bu cür səhvə yol verməməli olduğunu demişdik. Onun əvəzlənməsi cəzalanması demək deyil. Sadəcə, yenidən eyni səhvə yol verməsini istəmədim.

- “Neftçi” ilə ilk oyundakı qələbə ilə bu qələbə arasında nə kimi fərq görürsüz?

- Birinci oyundan da öncə demişdim ki, “Neftçi” güclü komandadır və turnir cədvəlində layiq olduğu yerdə deyil. Bu komandanın potensialı var və bunu nümayiş etdirir. Bu gün bunun bir daha şahidi olduq.

- Qış fasiləsi ilə bağlı hansı planlarınız var?

- Planlar yalnız kağız üzərindədir. Təəssüf ki, keçən il belə hal olmuşdu ki, planlaşdırdığımız oyunlar sonra baş tutmadı. Ona görə də əvvəlcədən nəsə demək istəmirəm. Bununla bağlı komandanın meneceri Səbuhi Səfiyarlıya müraciət etməyiniz məsləhətdir.

- Ötən mövsüm əsas heyəti daha tez formalaşdırmışdınız, bu mövsümdə isə hələ də axtarışdasınız...

- Bununla razıyam. Bu il əsas heyətimiz tam formalaşmayıb. Bunun da bir neçə səbəbi var. Məsələn Ozobiçin zədələnməsi kimi. Qış fasiləsindən sonra əsas heyəti formalaşdıra biləcəyik.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail