Nazim Süleymanov Rusiyada gerilədi

20.11.2017 | 5311 dəfə oxunub

Rusiya Premyer Liqasında ən çox qol vuran əcnəbi futbolçular siyahısında Azərbaycan milli komandasının sabiq hücumçusu Nazim Süleymanovun mövqeyində dəyişiklik baş verib.

Stadium.Az xəbər verir ki, "Spartak"ın yarımmüdafiəçisi Kvinsi Promes 17-ci turda "Krasnodar"ın qapısına yol taparaq qollarının sayını 51-ə çatdırıb.

Bununla da hollandiyalı oyunçu 6-cı pilləyə yüksəlib. Süleymanov isə almaniyalı Kevin Kuranyi, belaruslu Sergey Kornilenko və braziliyalı Ari ilə birgə 7 - 10-cu mövqelərə enib. Onların aktivində 50 qol var. Lakin Süleymanov və Kuranyidən fərqli olaraq, Kornilenko və Ari hələ də karyerasını davam etdirir. 

Siyahıya hesabında 85 qol olan braziliyalı Vaqner Lav başçılıq edir. İlk “üçlüy"ü 69 qolla portuqaliyalı Migel Dani, 66 dəfə fərqlənən kot divuarlı Seydu Dumbiya qapayır. Braziliyalı hücumçular Vellitonun 57, Halkın isə 56 qolu var. “Onluq”da yer alanlardan hazırda yalnız Promes ilə “Lokomotiv”in formasını geyinən Ari Rusiya Premyer Liqasında çıxış edir. Kornilenko isə qonşu ölkənin I Divizionunda forma geyinir. Nazim Süleymanov 1991 - 1996-cı illərdə “Alaniya”nın formasını geyinib. Həmçinin “Jemçujina”nın uğurları üçün çalışıb. O, Rusiya Premyer Liqasındakı 50 qolunu iştirakçısı olduğu 150 matçda vurub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail